istənilən şəxslə bağlamaq iradəsi aydın görünsün. Bu iki şərt mövcud olduqda, şəxslərin qeyri-müəyyən dai-
rəsinə ünvanlanmış təklif onu irəli sürən şəxsin iradəsini və müqavilənin bütün mühüm şərtlərini ifadə etdiyinə
görə ümumi oferta hesab edilir. Ümumi oferta dedikdə, müqavilənin bütün mühüm şərtlərini əks etdirən elə bir
təklif başa düşülür ki, bu təklifdən onu irəli sürmüş şəxsin həmin təklifdə göstərilmiş şərtlərlə müqaviləni ona
javab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünür (MM-in 408-ji maddəsinin 7-ji bəndi). Bu oferta
şə
xslərin qeyri-müəyyən dairəsinə, yəni istənilən hər bir kəsə ünvanlanır.
Ümumi oferta həm yazılı, həm də şifahi formada ola bilər. Əgər təklif mətbuatda, ictimai yerlərdən asılmış
elanlarda və s. irəli sürülərsə, onda bu yazılı formalı ümumi ofertadır. Təklif radio, televiziya, mikrofon vasitə-
silə verilərsə, belə halda söhbət şifahi formalı ümumi ofertadan gedə bilər. Ümumi oferta istər yazılı, istərsə də
ş
ifahi formada olsun, fərqi yoxdur, bütün hallarda müqavilənin bütün mühüm şərtlərini əks etdirməlidir.
Ümumi ofertaya çoxlu misallar çəkmək olar: yaşıl işığını yandırıb dayanajaqda duran taksi; sərin içkiləri
konklyudent hərəkətlə satan avtomat; nəşriyyatın özünün buraxdığı kitabı geniş oxucu auditoriyasına təklif et-
məsi; malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqda və malların təsvirlərində təklif
edilməsi (MM-in 616-jı maddəsinin 1-ji bəndi). Almaniya mülki hüquq doktrinası da bu mövqedə dayanır. Bu-
rada ofertanın xüsusi halları fərqləndirilir: malların satışını həyata keçirən avtomat; internet xidməti; öz-özünə
xidmət.
Qanunun müəyyən etdiyi ikinci tələb ondan ibarətdir ki, təklif müqavilənin bütün mühüm şərtlərini ifadə
Dostları ilə paylaş: |