cnəbilər o fiziki şəxslərdir ki, onlar Azərbaycan Respublikasının vətəndaşı sayılmırlar və başqa dövlətin
vətəndaşlıüına mənsub olurlar. Onlara xarici vətəndaşlar da deyilir. Azərbaycan Respublikasının vətəndaşı ol-
mayan və başqa dövlətin vətəndaşlıüına mənsub olmayan şəxslərə vətəndaşlıüı olmayan şəxslər deyilir.
Ə
cnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquq qabiliyyətinin müəyyən edilməsində milli reæim
prinsipinin həlledici əhəmiyyəti vardır. Milli reæim prinsipi dedikdə, hər hansı dövlətin öz ərazisində digər
dövlətin (yəni xarici dövlətin) fiziki şəxslərinə (vətəndaşlarına və vətəndaşlıüı olmayan şəxslərə) özünün fiziki
şə
xsləri (vətəndaşları) ilə eyni hüquqlar verməsi başa düşülür. Bu prinsipə görə, xarici vətəndaşlar və vətəndaş-
lıüı olmayan şəxslər başqa bir dövlətin ərazisində həmin dövlətin öz vətəndaşları ilə bərabər surətdə hüquqlara
malik olur və bu hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyi xarici vətən-
daşların (əcnəbilərin) və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquq qabiliyyətinə münasibətdə milli reæim
prinsipindən çıxış edir. «Beynəlxalq xüsusi hüquq haqqında» qanun müəyyən edir ki, əcnəbilər Azərbaycan
Respublikasının vətəndaşları ilə bərabər mülki hüquq qabiliyyətinə malikdirlər. Başqa sözlə desək, onlar bizim
ölkəmizdə mülki hüquq qabiliyyətindən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər surətdə istifadə
edirlər.
Milli reæim prinsipinin əsasını ölkəmizin Konstitusiyası təşkil edir. Konstitusiyada ifadə olunan belə bir
müddəanın milli reæim prinsipi üçün mühüm əhəmiyyəti vardır: əcnəbilər və vətəndaşlıüı olmayan şəxslər
Dostları ilə paylaş: |