«Əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin hüquqi vəziyyəti» haqqında qanunda inkişaf etdirilərək daha da
konkretləşdirilmişdir. Əqli mülkiyyət hüquqları sahəsində milli reæim prinsipi «Müəlliflik hüququ və əlaqəli
103
hüquqlar haqqında», «Patent haqqında», «Əmtəə nişanları və coürafi göstəricilər haqqında» və digər qanunlarda
ifadə olunmuşdur.
Milli reæim prinsipinə görə, əcnəbilər və vətəndaşlıüı olmayan şəxslər Azərbaycan Respublikasının vətən-
daşları kimi xüsusi mülkiyyətdə əmlaka, yaşayış evindən, mənzillərdən, torpaqdan, su obyektlərindən, meşə
fondu sahələrindən və digər əmlak növlərindən istifadə etmək hüququna, əmlakı miras almaq və əmlakı vəsiy-
yət etmək, sənət və yaşayış yeri seçmək hüququna, əqli mülkiyyət obyektlərinin (elm, ədəbiyyat və incəsənət
ə
sərlərinin, ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin) müəllifi olmaq hüququna, habelə başqa əmlak
və şəxsi qeyri-əmlak hüquqlarına malik ola bilərlər. Onlar investisiya və sahibkarlıq fəaliyyəti ilə məşüul ola və
bu zaman Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edə bilərlər.
Ə
cnəbilər və vətəndaşlıüı olmayan şəxslər nikah-ailə münasibətlərində Azərbaycan Respublikası vətəndaşları
ilə eyni hüquqlara malikdirlər.
Bununla belə, əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquq qabiliyyətinin həcmi Azərbaycan
Respublikası vətəndaşlarının mülki hüquq qabiliyyətinin həcminə nisbətən məhdud olub, bir o qədər geniş de-
yil. Bu, o deməkdir ki, qanun onların bəzi mülki hüquqlara malik ola bilmə şansını qadaüan edir. Bu halda qa-
nunun göstərişinə əsasən əcnəbilər və vətəndaşlıüı olmayan şəxslər həmin hüquqlara malik olma imkanını ta-
mamilə itirirlər. Məsələn, onlar su obyektləri özərində xüsusi mülkiyyət hüququna malik ola bilməzlər. Azər-
baycan Respublikasında torpaüın əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin xüsusi mülkiyyətinə verilməsini
qanun yasaqlayır. Bəzi hallarda vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində torpaq sahələri özərində
mülkiyyət hüququ xarici fiziki şəxslərə kezə bilər. Bu cür məqamlarda torpaq sahələri özərində mülkiyyət hü-
ququ özgəninkiləşdirilir. Əgər özgəninkiləşdirilməzsə, onda müvafiq ijra hakimiyyəti orqanı və ya bələdiyyə
torpaq sahəsini məjburi surətdə satın alır.
Ə
cnəbilərin mülki hüquq qabiliyyəti retorsiya qaydasında (latınja retorsio — javab hərəkəti) məhdudlaşdı-
rıla bilər. Retorsiya dedikdə, xüsusi xarakterli cavab məhdudiyyətləri başa düşülür. Bəzən hər hansı dövlət baş-
qa bir xarici dövlətin vətəndaşlarının mənafeyinə əsassız olaraq ziyan vuran diskriminasiya qaydasında tədbirlər
qəbul edir. Onda xarici dövlət də öz növbəsində buna cavab olaraq həmin dövlətin vətəndaşları barəsində məh-
dudiyyət tədbirləri görə bilər.
Bax, bu cür xüsusi xarakterli cavab məhdudiyyət tədbirləri retorsiya adlanır. Onun əsas məqsədi, adətən,
diskriminasiya qaydasında görülən tədbirləri ləğv etməkdən ibarətdir.
Azərbayjan Respublikasının qanunvericiliyinə görə, retorsiya qaydasında əcnəbilərin mülki hüquq qabiliyyə-
tinin məhdudlaşdırılması mümkündür. Retorsiyanın tətbiq olunması üçün vacibdir ki, xarici dövlət Azərbaycan
Respublikası vətəndaşları barəsində əsassız olaraq diskriminasiya qaydasında tədbirlər görsün. Buna cavab təd-
biri kimi analoæi məhdudiyyətlərin müəyyən edilməsi barədə təkliflə Nazirlər Kabineti və Xarici Işlər Nazirliyi
Azərbaycan Respublikası Prezidentinə müraciət edir. Prezident həmin təklifə baxaraq Azərbaycan Respublikası
vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq edən dövlətlərin vətəndaşlarına cavab tədbiri kimi analoæi
məhdudiyyətlər müəyyən edə bilər. Məsələn, prezident xarici vətəndaşların Azərbaycan Respublikası ərazisində
investisiya və sahibkarlıq hüququnu, müəyyən növ əmlak özərində mülkiyyətə malik olma hüququnu və s. məh-
dudlaşdırmaq barədə qərar qəbul edə bilər.
Ə
cnəbilərə tətbiq edilən retorsiyalar xarici dövlətin diskriminasiya xarakterli aksiyasına (hərəkətinə)
Dostları ilə paylaş: