biliyyəti dedikdə, fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün
mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür.
Mülki hüquq qabiliyyəti kimi fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti də iqtisadi-ictimai münasibətlərlə şərt-
lənir və mülki hüquq normalarına əsaslanır. O, dövlət tərəfindən mülki qanunvericilik aktları ilə müəyyən edi-
lir. Deməli, mülki fəaliyyət qabiliyyəti cəmiyyətin iqtisadi bazis münasibətləri özərində yüksələn hüquqi üstqu-
ruma aid edilən hadisədir. Bu hüquqi hadisə cəmiyyətin müəyyən inkişaf dövründəki ictimai-iqtisadi quruluşu-
na əsaslanır. Dediklərimiz isə onu sübut edir ki, mülki fəaliyyət qabiliyyəti hüquqi kateqoriyadır, yəni hüquq-
la (hüquq normaları ilə) bilavasitə bağlı olan anlayışdır. Məhz buna görə də onu fiziki şəxsin anadangəlmə tə-
Dostları ilə paylaş: |