verilən məhdudlaşdırıcı cavab tədbiridir. Ona görə də bu cür cavab tədbirini beynəlxalq hüququn müddəaları
baxımından diskriminasiya etməmək prinsipinin pozulması kimi qiymətləndirmək olmaz. Əgər xarici dövlət
məhdudiyyətləri aradan qaldırdıqda, onda Azərbaycan Respublikası da retorsiya kimi cavab tədbirlərini ləğv
edir.
Azərbayjan Respublikasının qanunvericiliyi milli reæim prinsipinə təminat verir. Bu cür təminatın əsasını
beynəlxalq sənədlərdə ifadə olunan belə bir mühüm müddəa təşkil edir ki, hər bir insan irqinə, dərisinin rəngi-
nə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülkiyyətinə, yaxud di-
gər vəziyyətinə görə heç bir fərq qoyulmadan «Insan hüquqlarının ümumi Bəyannaməsi»ndə elan edilən bütün
hüquqlara malik olmalıdır.
Dostları ilə paylaş: |