bii keyfiyyəti və xüsusiyyəti hesab etmək olmaz.
Mülki fəaliyyət qabiliyyəti fiziki şəxslərə hüquqi nəticəsi olan hərəkətlər — hüquqi hərəkətlər etmək üçün
dövlət tərəfindən mülki hüquq normaları vasitəsilə verilmiş hüquqi imkandır. Hüquqi hərəkətlər etmək imka-
nı dedikdə, fiziki şəxsin müqavilə bağlamaq, etibarnamə vermək, vəsiyyət etmək və digər hərəkətlər etmək qa-
biliyyəti başa düşülür. Amma mülki fəaliyyət qabiliyyəti hələ özlüyündə bu cür hərəkətlərin faktiki və real ola-
raq edilməsini ifadə etmir. Məsələn, fiziki şəxsin alqı-satqı müqaviləsi bağlamaq imkanı o demək deyildir ki,
artıq o, faktiki surətdə alqı-satqı müqaviləsi bağlamışdır. Fiziki şəxsin öz minik avtomobilini sürmək üçün digər
şə
xslərə etibarnamə vermək imkanı onu ifadə etmir ki, artıq o, faktiki surətdə hər hansı bir şəxsə etibarnamə
vermişdir. Mülki hüquq qabiliyyəti kimi, mülki fəaliyyət qabiliyyəti də yalnız fiziki şəxslərə verilmiş hüquqi
imkandır. Özü də hüquqi nəticəsi olan hərəkətlər etmək imkanı.
Mülki fəaliyyət qabiliyyəti mülki hüquq qabiliyyəti ilə sıx surətdə bağlıdır. Elə bil ki, mülki fəaliyyət qabi-
Dostları ilə paylaş: |