Fəaliyyət qabiliyyəti fiziki şəxslərin mülki hüquq subyektliyi anlayışının elementlərindən biridir. Mülki hü-
quq münasibətlərinin tam hüquqlu iştirakçısı yalnız o fiziki şəxs ola bilər ki, həmin şəxs sözün əsl mənasında,
Mülki fəaliyyət qabiliyyəti kimi hüquqi kateqoriyanın tarixi kökü Roma hüququ ilə bağlıdır. Dözdür, Roma
hüququ bu kateqoriya ilə tamamilə mənaca üst-üstə düşən termin işlətmirdi. Fiziki şəxsin öz adından və öz istə-
yi ilə hüquqi hərəkətlər etmək (məsələn, müqavilə münasibətlərinə girmək, əqd bağlamaq və s.) qabiliyyətini,
104
yəni hüquqi nəticəsi olan hərəkətlər etmək qabiliyyətini və etdiyi hüquqazidd hərəkətlərə görə şəxsən cavab
vermək qabiliyyətini bu hüquq «capacitas agenda» anlayışı ilə əhatə etmişdi.
Roma hüququnun fəaliyyət qabiliyyəti barədə müəyyən etdiyi müddəalar bu barədə müasir dünya qanunveri-
ciliyinin əsasını və təməlini təşkil edir. Söhbət, hər şeydən əvvəl, roman-german (kontinental) hüquq ailəsinə
mənsub olan ölkələrin qanunvericiliyindən gedir. Əvvəlcə Fransa Mülki Məcəlləsi, sonra isə Almaniya Mülki
Qanunnaməsi ilk dəfə olaraq mülki fəaliyyət qabiliyyəti kateqoriyasını rəsmən qanunvericilik qaydasında möh-
kəmləndirmişdir. Yaponiya, Tailand, Hollandiya, Yunanıstan, Peru, Argentina, Isveçrə və digər ölkələrin qa-
nunvericiliyi də bu kateqoriyanı tanıyır. Amma həmin kateqoriya ingilis-amerikan (ümumi) hüquq ailəsinə
mənsub olan ölkələrin qanunvericiliyinə məlum deyil. Həmin ölkələrin qanunvericiliyi, artıq qeyd etdiyimiz ki-
mi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti kimi iki anlayışın əvəzinə vahid «hüquq subyektliyi» kateqoriyası
işlədir. Təcrübədə «fəal hüquq subyektliyi» terminindən istifadə olunur ki, bu, mənaca fəaliyyət qabiliyyəti an-
layışına yaxındır.
Roman-german (kontinental) hüquq ailəsinə aid edilən bizim ölkə qanunvericiliyi mülki fəaliyyət qabiliyyə-
tinə mühüm əhəmiyyətə malik olan hüquqi kateqoriya kimi xüsusi diqqət yetirir. Mülki Məcəllənin 28-ci mad-
dəsinin 1-ci bəndi fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinə verilən leqal anlayışı nəzərdə tutur. Fəaliyyət qa-
Dostları ilə paylaş: