Microsoft Word mulki huquq doc


nın yerinə yetirdiyi funksiyalardan (v



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə464/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   460   461   462   463   464   465   466   467   ...   1820
nın yerinə yetirdiyi funksiyalardan (vəzifələrdən) biridir.  

Hüquqi  şəxslər  xüsusi  olaraq  iqtisadi  (əmlak)  dövriyyədə  iştirak  etməkdən  ötrü  yaradılır.  Iqtisadi  (əmlak) 




 

144


dövriyyədə çıxış etmək üçün isə lazımdır ki, hüquqi şəxslərin öz əmlakı olsun. Elə bir əmlak ki, o, hüquqi şəxs-

ləri yaradan və təsis edən təsərrüfatçı şəxslərin, iş adamlarının, sahibkarların, bir sözlə, təsisçilərin və iştirakçı-



ların malik olduüu əmlakdan ayrılsın. Hüquqi şəxslərin əmlakı isə təsisçilərin (iştirakçıların) qoyduqları pul 

və əmlak (maddi) payları hesabına, yəni kapital hesabına  yaranır. Pay kimi qoyulan kapital (əmlak) özərində 

onların mülkiyyət hüququna xitam verilir. Belə ki, iştirakçılar (təsisçilər) artıq həmin kapitalın (əmlakın) mül-

kiyyətçisi hesab olunmurlar. Onun mülkiyyətçisi hüquqi şəxs sayılır. Beləliklə, hüquqi şəxslər onları yaradanla-

rın (təsisçilərin, iştirakçıların) əmlakından ayrılmış öz əmlakına malik olurlar. Bu əmlakla onlar borclarına görə 

öz kreditorları (kontragentləri) qarşısında məsuliyyət daşıyırlar. 

Hüquqi şəxslərin iqtisadi (əmlak) dövriyyədə iştirak etməsi təsisçilərin (iştirakçıların) zərərə düşməsi, maddi 

(əmlak) itkiyə düçar olması, bir sözlə, kreditorlara olan borclarını ödəyə bilməməsi riski ilə bağlıdır. Axı, təsis-

çilərin (iştirakçıların) yaratmış olduqları hüquqi şəxslərin fəaliyyətini məhz onların özləri idarə edirlər. ×ox vaxt 

onların özləri hüquqi şəxslərdə iştirak etməklə iqtisadi (əmlak) dövriyyədə çıxış edirlər. Hüquqi şəxslərin döv-

riyyədə iştirakı nəticəsində düşdükləri zərər üçün təsisçilər (iştirakçılar) özlərinin bütün əmlakı ilə yox, yalnız 

onların yaradılmasına pay kimi verdikləri əmlak həcmində risk daşıyırlar. Məsələn, elə götürək hüquqi şəxsin 

bir növü olan səhmdar cəmiyyətini. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) bu cəmiyyətin dövriyyədə 

iştirakı  və  fəaliyyəti  ilə  bağlı  zərər  üçün  özlərinin  verdikləri  əmlak  payı  həcmində  (yəni  onlara  məxsus  olan 

səhmlərin dəyəri həddində) risk daşıyırlar (MM-in 98-ci maddəsinin 4-cü bəndi). Hüquqi şəxslərin digər növü 

olan məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları bu cəmiyyətin fəaliyyəti və dövriyyədə iştirakı ilə bağlı zərər 

üçün verdikləri əmlak payı həcmində (yəni əmlak payının dəyəri həddində) risk daşıyırlar (MM-in 87-ci mad-

dəsinin 1-ci bəndi). Məsələn, qapalı səhmdar cəmiyyətinin on nəfər təsisçisi (səhmdarı) vardır. Səhmdarlar tərə-

findən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunan nizamnamə kapitalı (yəni səhmdar cəmiyyəti-

nin nizamnamə kapitalı), elə fərz edək ki, beş yöz min manatdır. Səhmdar cəmiyyəti fəaliyyət göstərərkən zərə-

rə düşür. Onun kreditorlara səkkiz yöz min manat borcu yaranır. Səhmdar cəmiyyəti bu borcun yalnız beş yöz 

min manat məbləüində olan hissəsini ödəyəcəkdir. Borcun üç yöz min manat məbləüində qalan hissəsini səhm-

dar cəmiyyəti ödəməyə  borclu deyildir. Ona görə ki, səhmdarlar (təsisçilər) səhmlərin dəyəri həddində (cəmi 

beş yöz min manat həddində) risk daşıyırlar. 

Söylədiklərimizdən belə təsəvvür yaranır ki, hüquqi şəxs konstruksiyası hüquqi şəxsi yaradan təsisçilərin (iş-

tirakçıların) əmlak məsuliyyətini, əmlak riskini, sahibkarlıq riskini məhdudlaşdırmaüa, yəni onların borcları öz-

rə  məsuliyyət  riskini  məhdudlaşdırmaüa  imkan  verir.  Deməli,  iqtisadi  (əmlak)  dövriyyədə  iştirak  riskini 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin