Microsoft Word mulki huquq doc


 Hüquqi şəxs konstruksiyasının funksiyaları (v



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə463/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   459   460   461   462   463   464   465   466   ...   1820
2. Hüquqi şəxs konstruksiyasının funksiyaları (vəzifələri) 

Hüquqi şəxs konstruksiyasının mahiyyəti bu konstruksiyanın yerinə yetirdiyi funksiyalarda (vəzifələrdə) tə-

zahür edir. Hüquqi şəxs anlayışını izah etmək üçün, hər şeydən əvvəl, bu funksiyaların məzmununa aydınlıq gə-

tirmək lazımdır. Həmin funksiyalar (vəzifələr) isə hüquqi şəxslərin hansı məqsəd üçün yaradılmasını ifadə edir. 

Hüquqi şəxslər hansı məqsəd üçün yaradılır?  

Mürəkkəb xarakterli təsərrüfat-sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iş adamlarının, sahibkarların öz 

maddi vəsaitlərini, kapitallarını birləşdirməyi, bu və ya digər məqsədə çatmaq üçün iqtisadi (əmlak) dövriyyədə 

kollektiv surətdə iştirak etməyi təkidlə tələb edir. Iqtisadi zərurətə çevrilən bu cür birləşmə və kollektiv iştirak 

olmadan  hər  hansı  bir  fəaliyyətin  həyata  keçirilməsi  mümkün  deyil.  Məlum  məsələdir  ki,  müxtəlif  şəxslərin 

ə

lində kapitalın daüınıq, səpələnmiş və pərakəndə halında cəmləşməsi ayrı-ayrılıqda təsərrüfat fəaliyyətində bö-



yük effekt verə bilməz. Kapitalın bir əldə mərkəzləşməsi isə iri təsərrüfat vəzifələrinin həlli üçün əlverişli im-

kan  yaradır.  Ona  görə  də  təsərrüfatçı  şəxslər,  iş adamları,  sahibkarlar  və  s.  özlərinin  malik  olduüu  əmlakdan 

müəyyən pay ayırırlar. Bu cür əmlak payı hesabına onlar öz kapitalları ilə birlikdə tam və bütöv «sosial orqa-

nizm» halında birləşirlər. Bunun nəticəsində yeni xüsusi xarakterli süni qurum — sosial fiqur meydana gə-

lir. O, mülki hüququn müstəqil subyekti — mülkiyyətçidir. Bu subyekt hüquqi şəxs adlanır. Deməli, iqtisadi 

(əmlak) dövriyyədə kollektiv surətdə çıxış etmək üçün hüquqi şəxs konstruksiyası təsərrüfat adamlarına öz ka-

pitallarını birləşdirməyə imkan verən hüquqi forma olur. Beləliklə, kapitalları birləşdirmək bu konstruksiya-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   459   460   461   462   463   464   465   466   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin