konstruksiyanın yerinə yetirdiyi funksiyalardan biridir.
Hüquqi şəxslərin «şəxsiyyəti» müstəqil olub, onları yaradan təsisçilərin (iştirakçıların) şəxsiyyətindən asılı
deyildir. Ona görə də o, iqtisadi (əmlak) dövriyyədə təsisçilərin (iştirakçıların) adından yox, öz adından çıxış
edir. Əldə etdiyi mülki hüquq və vəzifələr (əmlak) isə onlara yox, hüquqi şəxslərin özlərinə məxsus olur. Am-
ma buna baxmayaraq hüquqi şəxslər onların arxasında duran kollektivin iradəsini və mənafeyini ifadə edir. On-
lar kollektiv qurumlardır. Hüquqi şəxslər müəyyən insan kollektivi deməkdir. Hüquqi şəxs konstruksiyası im-
kan verir ki, bu kollektivə daxil olan iştirakçılar arasında daxili münasibətlər təşkil olunsun, qaydaya salınsın,
müəyyənləşdirilsin, onların iradəsi bütöv halda vahid iradəyə çevrilsin. O, iqtisadi (əmlak) dövriyyədə öz adın-
dan çıxış etsə də, iştirakçıların mənafeyini müdafiə edir. Məsələn, hüquqi şəxslərin bir növü olan kommersiya
təşkilatlarının həyata keçirdiyi fəaliyyətin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Bu mənfəət iştirakçılar
(təsisçilər) arasında bölüşdürülür. Deməli, kollektiv mənafeyi həyata keçirmək, rəsmiləşdirmək və müdafiə
Dostları ilə paylaş: |