Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə585/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   581   582   583   584   585   586   587   588   ...   1820
Hüquqi şəxslərin təsnifinin praktiki əhəmiyyəti isə ondan ibarətdir ki, məhz bu təsnif vasitəsilə dövriyyə-

də çıxış etmək hüququ olan hüquqi şəxslərin ayrı-ayrı növlərini dəqiq müəyyənləşdirmək mümkün olur. Döv-

riyyədə yalnız o hüquqi şəxslər iştirak edə bilər ki, onlar qanunda birbaşa nəzərdə tutulan formada yaradılsın. 

Qanun isə hüquqi şəxslərin növlərinin təxmini yox, qəti, dəqiq siyahısını müəyyənləşdirir. Bu siyahını geniş-

ləndirmək olmaz. Həmin siyahı hüquqi şəxslərin təsnifinin əsasını təşkil edir. Əgər hər hansı hüquqi şəxs növü 

bu təsnifə daxil deyilsə, o, mülki hüququn subyekti kimi dövriyyədə iştirak edə bilməz. Deməli, hüquqi şəxslə-

rin  təsnifi,  nejə  deyərlər,  «qondarma»  hüquqi  şəxslərin  praktikada  fəaliyyət  göstərmələrinin  qarşısını  almağa 

imkan verir.  

Bundan əlavə, hüquqi şəxslərin təsnifi imkan verir ki, iqtisadi (əmlak) dövriyyədə çıxış edən hüquqi şəxslərin 

müxtəlif təşkilati-hüquqi formaları bir-birindən fərqləndirilsin, onlar arasında hədd qoyulsun, biri digəri ilə qarış-

dırılmasın. Sühbət təsərrüfat cəmiyyəti və ortaqlığı, kooperativ, qeyri-kommersiya təşkilatı, dövlət müəssisəsi və 

idarəsi kimi təşkilati-hüquqi formalardan gedir. Hər bir hüquqi şəxs növü ona uyğun olan təşkilati-hüquqi forma-

da yaradılır. Hüquqi şəxslərin təsnifi hüquqi şəxslərin statusunun müəyyənləşdirilməsinə imkan verir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   581   582   583   584   585   586   587   588   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin