Kooperativin ali idarəetmə orqanı dedikdə, kooperativ özvlərinin ümumi yıüıncaüı başa düşülür (MM-in
111-ci maddəsinin 1-ci bəndi). Ümumi yıüıncaq kooperativin fəaliyyətinə ən vacib məsələləri həll etmək səla-
hiyyətinə malikdir. Bu orqan kooperativin idarə olunmasında mühüm rol oynayır. Özvlərinin sayı 200-dən çox
olan kooperativlərdə ümumi yıüıncaq əvəzinə, müvəkkillər yıüıncaüı çaüırılır.
Elə məsələlər vardır ki, bu məsələləri həll etmək üçün ümumi yıüıncaqdan savayı hər hansı bir orqan müva-
fiq qərarlar qəbul edə bilməz. Həmin məsələlər ümumi yıüıncaüın müstəsna səlahiyyətinə aiddir (MM-in 111-
ci maddəsinin 3-cü bəndi). Göstərilən məsələlərə aiddir:
●
kooperativin nizamnaməsini dəyişdirmək;
●
kooperativin müşahidə şurasını yaratmaq və onun özvlərinin səlahiyyətlərinə xitam vermək;
●
kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək (əgər nizamnamədə bu
hüququn müşahidə şurasına verilməsi nəzərdə tutulmamışsa);
●
kooperativ özvlərini qəbul etmək və çıxartmaq;
●
kooperativin illik hesabatlarını və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək;
●
kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək.
Göstərilən bu siyahı qəti və dəqiq xarakterə malik deyildir. Ona görə ki, kooperativin nizamnaməsi ilə ümu-
mi yıüıncaüın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər (MM-in 111-ci maddəsinin 3-cü
bəndinin 6-cı hissəsi). Həmin məsələlərə şamil oluna bilər:
●
iri məbləğdə xüsusi əhəmiyyətli əqdləri bağlamaq;
●
kooperativin inkişaf proqramını təsdiq etmək;
●
pay haqqı və digər ödənişlərin həcmini müəyyənləşdirmək;
●
mənfəətin kooperativ özvləri arasında bölüşdürülməsi qaydasını müəyyən etmək;
●
kooperativin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmək;
●
əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək;
230
●
kooperativin fondlarının növlərini və həcmini müəyyən etmək;
●
kooperativin digər kooperativlərə, kooperativ cəmiyyətlərə, ittifaqlara, assosiasiyalara daxil olması və on-
lardan çıxması məsələlərini həll etmək, müəssisələr təsis etmək, kooperativin nümayəndəliklərini, filiallarını
yaratmaq və ləğv etmək və s.
Kooperativin ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər onun tərəfindən həll edilmək
üçün kooperativin icra orqanlarına verilə bilməz. Əgər ümumi yıüıncaq bunu istəsə belə, mümkün deyil. Buna
qanun yol vermir (MM-in 111-ci maddəsinin 4-cü bəndi). Bu, müstəsna səlahiyyətin verilməməsi prinsipini
ifadə edir ki, həmin prinsip yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını almaq baxımından əhəmiy-
yətlidir.
Ümumi yığınjağın mözakirə edib hər bir məsələ barəsində qəbul etdiyi qərarın hüquqi qüvvəyə malik olması
özün onun səlahiyyətli olması tələb edilir. Əgər kooperativ özvlərinin yarıdan (50%-dən) zoxu iştirak edərsə,
ümumi yığınjaq səlahiyyətlidir.
Ümumi yığınjaq iki cür olur:
●
növbəti ümumi yığınjaq;
●
növbədənkənar ümumi yığınjaq.
Nizamnamə ilə müəyyənləşdirilən müddətlərdə və qaydada müntəzəm surətdə zağırılan yığınjaq növbəti
Dostları ilə paylaş: |