Kooperativin icra orqanları dedikdə, elə idarəetmə orqanları başa düşülür ki, onların əsas funksiyası koo-
perativin fəaliyyətinə kooperativ özvlərinin ümumi yığınjaqları arasındakı dövrdə cari rəhbərliyi həyata keçir-
məkdən ibarətdir. Bu orqanlar kooperativin ümumi yıüıncaüı tərəfindən yaradılır. Əgər kooperativin nizamna-
məsində nəzərdə tutularsa, həmin orqanları müşahidə şurası da yarada bilər. Buna görə də icra orqanları koope-
rativ özvlərinin ümumi yıüıncaüına və müşahidə şurasına hesabat verirlər.
Kooperativin icra orqanları iki cür olur: kollegial icra orqanı; təkbaşına icra orqanı. Kollegial icra orqanı
rolunda kooperativin idarə heyəti çıxış edir. Kooperativin idarə heyəti kooperativ özvlərinin yıüıncaqları ara-
sındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik edir, onun işlərini aparır, dövlət orqanlarında, məhkəmədə və
başqa yerlərdə kooperativi təmsil edir. Elə buradaja dərhal qeyd etməliyik ki, yalnız kooperativ özvlərinin sayı
50-dən zox olduqda kooperativin idarə heyəti sezilir. Buna görə də o, sezkili orqandır. Özü də həmin orqan
ümumi yığınjaq tərəfindən sezilir.
Kooperativin idarə heyəti nizamnamədə göstərilən müddətə seçilir. Onun özvlərinin sayı kooperativin ni-
zamnaməsində göstərilir. Bu özvlər içərisindən ümumi yığınjaq tərəfindən idarə heyətinin sədri seçilir. Sədr tə-
yin edilə də bilər o, idarə heyətinə rəhbərlik edir. Kooperativin idarə heyəti və idarə heyəti sədrinin səlahiyyətlə-
ri və səlahiyyət müddəti, idarə heyətinin sədrinin kooperativin əmlakına sərənjam vermək hüququ, onun əmək
haqqı, məsuliyyəti və s. məsələlər kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Idarə heyətinin özvləri yalnız
kooperativin özvlərindən ola bilər (MM-in 111-ci maddəsinin 1-ci bəndi).
Dostları ilə paylaş: |