Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə727/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   723   724   725   726   727   728   729   730   ...   1820
şahidə şurası dedikdə, kooperativin elə bir idarəetmə orqanı başa düşülür ki, onun əsas funksiyası koo-

perativin icra orqanlarının fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Bu idarəetmə orqanı özvlərinin sayı 50-dən 

çox olan kooperativlərdə yaradıla bilər. Özü də onu kooperativ özvlərinin ümumi yıüıncaüı yaradır.  

Müşahidə şurası, kooperativin icra orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə bərabər, həm 

də onun müstəsna səlahiyyətinə aid edilmiş məsələləri həll edir. Bu məsələlərin dairəsi kooperativin nizamna-

məsi ilə müəyyənləşdirilir. Müşahidə şurası həmin məsələləri özü istəsə belə, həll edilmək üçün kooperativin 

icra orqanlarına verə bilməz. Mülki qanunvericilik buna yol vermir (MM-in 111-ci maddəsinin 4-cü bəndi). 

Bu, o deməkdir ki, mülki qanunvericilik müstəsna səlahiyyətin verilməməsi prinsipindəçıxış edir ki, o, 

yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədinə xidmət edir. 

Qeyd etmək lazımdır ki, öz hüquqi statusuna görə müşahidə şurası ikili təbiətə malik olan orqandır. Belə ki, 

birincisi, o, idarəetmə orqanıdır. Buna görə də müşahidə şurası idarəzilik funksiyasını yerinə yetirir; onun 

funksiyası kooperativin fəaliyyətinə aid nisbətən vacib məsələləri həll etməkdən ibarətdir. Xüsusən də əgər ni-

zamnamədə nəzərdə tutularsa, kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək 

müşahidə şurasının səlahiyyətlərinə aid edilə bilər. 

kincisi, müşahidə şurası nəzarət orqanıdır; o, qeyd etdiyimiz kimi, kooperativin icra orqanlarının fəaliyyə-

tinə nəzarət edir; nəzarət funksiyası müşahidə şurasının yerinə yetirdiyi əsas funksiya hesab olunur. 

Kooperativdə icra funksiyası nəzarət funksiyasından ayrılmışdır. Odur ki, kooperativin özvü eyni zaman-

da  müşahidə  şurasının  özvü  və  icra  orqanının  rəhbəri  (idarə  heyətinin  və  ya  kooperativin  sədri)  ola  bilməz 

(MM-in 111-ci maddəsinin 1-ci bəndi). Bu qayda həm də nəzarət orqanı olan müşahidə şurasının icra orqanın-

dan asılı olmamasını və müstəqilliyini təmin edir. 

Müşahidə şurası kollegial orqandır; onun özvlərinin sayı və səlahiyyət müddəti kooperativ özvlərinin ümu-

mi yığınjağı tərəfindən müəyyən olunur. 



jlas müşahidə şurasının əsas və başlıca təşkilati fəaliyyət formasıdır; bu orqan ijlaslar keçirməklə fəaliyyət 

göstərir. Müşahidə şurasının ijlası hər hansı məsələnin mözakirə edilməsinə zərurət yarandıqda, lakin yarım ildə 

bir dəfədən az olmayaraq (ildə iki dəfədən az olmayaraq) zağırılır. Müşahidə şurasının ijlasları kooperativin ni-

zamnaməsində müəyyən edilən qaydada keçirilir (MM-in 111-ci maddəsinin 9-cu bəndi). 

Müşahidə  şurası  özvlərinin  hüququ  yoxdur  ki,  onlar  kooperativ  adından  fəaliyyət  göstərsin.  Onun  özvləri 



 

231


yalnız kooperativin özvlərindən ola bilər (MM-in 111-ci maddəsinin 1-ci bəndi).  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   723   724   725   726   727   728   729   730   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin