Fəal hərəkət formasında aldatma əqd iştirakçısına yalan, saxta məlumatlar verilməsi ilə müşayiət olunur.
Məsələn, minik avtomobilinin sahibi satmamışdan qabaq qət olunan məsafəni (kilometracı) alıcıdan gizlətmək
üçün onun spidometrini və ya texniki pasportunu dəyişdirir. Bu vasitə ilə o, avtomobilin köhnəlmə dərəcəsini
alıcıdan gizlətmək istəyir.
Passiv hərəkət formasında aldatma əqd iştirakçısının hərəkətsizliyində ifadə olunur. Belə ki, o, əqdin bağ-
lanmasına mane ola biləjək hal və faktlar barədə qəsdən susur. Məsələn, turist firması ekskursiya müddətində
labüd əlavə xərjlərin çəkilməsi barədə müştərilərə məlumat vermir. Başqa bir misalda satıcı malın qüsurlu ol-
ması barədə susur, danışmır. Podratçı tikdiyi obyektin qüsurlu olması barədə sifarişçiyə məlumat vermir. Satıcı
alıcıya saxta keyfiyyət sertifikatı verir. Beləliklə, əqd iştirakçısı mövcud faktlar barədə natamam məlumat verir
və ya onları gizlədir.
Aldatma həmişə subyektiv cəhətdən qəsdlə xarakterizə olunur. Təqsirin ehtiyatsızlıq formasında aldatma
hərəkətləri edilmir: ehtiyatsızlıqla əqd iştirakçısını aldatmaq qeyri-mümkündür.
Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün əsas və başlıja şərt aldatmanın əqd bağlamaq
məqsədilə həyata keçirilməsindən ibarətdir. Şəxs yalnız əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqd eti-
barsız sayıla bilər (MM-in 339-cu maddəsinin 2-ci bəndi). Aldadan tərəfin aldatmadan maddi fayda götürmək
və ya qarşı tərəfə zərər vurmaq kimi məqsəd güdməsinin əqdin etibarsız sayılması üçün əhəmiyyəti yoxdur
(MM-in 339-cu maddəsinin 2-ci bəndi).
Aldatma təkcə əqdin əsas elementlərinə yox, həm də onun fakultativ elementinə — əqdin motivinə də aid
Dostları ilə paylaş: |