Aldatma nəticəsində bağlanmış əqd bu növ əqdlərə daxil edilir. Söhbət o əqdlərdən gedir ki, bu əqdlərin
iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. Həmin əqd işti-
rakçısının mənafeyi üçün aldatmanı üçüncü şəxslər də həyata keçirə bilərlər. Belə halda üçüncü şəxslər onun
icazəsi və tapşırığı ilə hərəkət edir.
Aldatma əqd iştirakçısının (kontragentin) və ya bunun mənafeyi üçün üçüncü şəxsin qəsdən etdiyi elə hərə-
kətdir ki, bu hərəkət nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, əqdin bağlanması üçün mü-
hüm əhəmiyyəti olan hallar və faktlar barəsində qeyri-düzgün təsəvvür yaranır. Anoloci anlayış Almaniya mül-
ki hüquq elmində də verilir: aldatma dedikdə, istənilən hər hansı elə bir davranış başa düşülür ki, bunun nəticə-
sində qəsdən başqa şəxsdə yanlış təsəvvür yaranır. Yaponiya sivilistika elmində göstərilir: aldatma başqa şəxsi
yanıltmaq üçün edilən elə bir qanunsuz hərəkətdir ki, bunun nəticəsində həmin şəxs iradəsini ifadə edir.
Aldatma, bir qayda olaraq, iki formada həyata keçirilir: fəal hərəkət formasında; passiv hərəkət formasında.
Dostları ilə paylaş: |