hökmü qanuni qüvvəyə minəndək dayandırılır. Bu zaman müddətin dayandırıldığı vaxt iddia müddətinə he-
sablanmır və daxil edilmir. Əgər göstərilən halda müddətin qalan hissəsi altı aydan az olduqda, altı aya qədər
uzadılır.
3. ddia müddəti axımının kəsilməsi
ddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan müxtəlif hərəkətlər edilə bilər. Bu hərəkətlər müxtəlif
xarakterli hüquqi nəticənin yaranmasına səbəb olur. ddia müddəti axımının kəsilməsi bu hüquqi nəticələrdən
biridir.
ddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia
müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yeni-
dən başlanır, təzələnir. Bu halda iddia müddətinin axımının yenidən başlanması ilə iddia müddəti tam həjmdə
bərpa edilir. Bu cəhəti ilə iddia müddəti axımının kəsilməsi iddia müddəti axımının dayandırılmasından fərqlə-
nir. Belə ki, iddia müddəti axımının dayandırılmasından fərqli olaraq, iddia müddəti axımının kəsilməsinə kimi
ötmüş müddət, yeni iddia müddətinə daxil edilmir. Başqa sözlə, iddia müddəti axımının kəsilməsinə səbəb
Dostları ilə paylaş: |