Borclu şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilməsinə dəlalət edən ikinci əsasdır. Köhnə
qanunvericiliyə görə, bu cür əsas yalnız tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia
müddəti axımının kəsilməsinə səbəb ola bilərdi (1964-cü il MM-nin 81-ci maddəsi). Mövcud qanunvericilik isə
bu cür məhdudiyyət nəzərdə tutmur. Belə ki, həm borclu fiziki şəxsin, həm də borclu hüquqi şəxsin borcu etiraf
etməsi iddia müddəti axımının kəsilməsi üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini
göstərən və təsdiqləyən hərəkətlər etsin. Burada borclunun şəxsiyyəti əhəmiyyət kəsb etmir.
Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər.
Bu formalara misal olaraq göstərmək olar: kreditor qarşısında borclu şəxsin bilavasitə, sözün əsl mənasında,
borcu etiraf etməsi; başqa şəxs qarşısında borclu şəxsin borcu etiraf etməsi, bir şərtlə ki, bu kreditora məlum ol-
sun; borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan mək-
tub, teleqram və digər yazılı sübutlar göndərmək; borcun ödənilməsi (öhdəliyin icrası) üçün möhlət verilməsi
barədə kreditora müraciət etmək; borcun hissə-hissə ödənilməsi (öhdəliyinin hissə-hissə icra edilməsi) barədə
kreditora xahiş etmək; qarşılıqlı tələblərin əvəzləşdirilməsi barədə kreditora təklif vermək və s. Özü də borcun
ə
sasını və məbləğini dəqiq olaraq hökmən göstərmək lazım deyil və bu, tələb olunmur. Kifayətdir ki, borc ay-
Dostları ilə paylaş: |