nın kəsilməsi isə birdəfəlik iradəvi hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər iddia müddəti axımının kəsilmə-
sinin əsası olub, spesifik xarakterə malikdir. Mülki qanunvericilik həmin hərəkətlərə aid edir (MM-in 380-ci
maddəsinin 1-ci bəndi):
●
müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini;
●
borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsini.
ddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi ilə rəs-
miləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının
kəsilməsi üçün əsas ola bilər. ddia, xüsusən, məhkəmə aidiyyəti, mübahisənin qabaqjadan məhkəmədənkənar
yolla pretenziya vasitəsilə həll edilməsi, prosessual müddətlər və s. məsələlər barəsində qaydalara əməl olun-
maqla verilməlidir. rəli sürülmüş iddia, bir qayda olaraq, iddianın təmin olunması və ya iddiadan imtina olun-
ması barədə qərar çıxarılmaqla qurtarır. ş üzrə məhkəmə icraatı zamanı iddia müddətinin axımı barədə məsələ
diqqətdən yayınır, ortaya çıxmır. Çünki belə halda o, praktiki əhəmiyyətə və mənaya malik olmur.
craata qəbul edilmiş iş, bəzən qərar çıxarılması və mübahisənin həll edilməsi ilə qurtarmır. Belə ki, qanunda
nəzərdə tutulan hallarda məhkəmə tərəfindən qəbul edilən iddia baxılmamış saxlanılır. Bu hallar MPM-in 259-
cu maddəsində göstərilmişdir. ddianın baxılmamış saxlanması məhkəmə qərardadı ilə rəsmiləşdirilir. Belə
hallarda iddia müddətinin axımı kəsilmir və onun axımı ümumi qaydada davam edir (MM-in 381-ci maddəsinin
1-ci bəndi). Belə ki, yaranan müvafiq mübahisə hələ məhkəmə tədqiqatının predmeti olmamışdır. Çünki işə ma-
376
hiyyətjə baxılmasına mane olan hallar aşkar edilir (məsələn, lazım olan sənədlər çatışmır və s.). Göstərilən ma-
neələr aradan qaldırıldıqdan sonra iddiaçı həmin iddianı ümumi qaydada verə bilər.
Məhkəmədə başlanmış iş üzrə icraat dayandırıla bilər. craatın dayandırılmasına səbəb olan hallar mülki-
prosessual qanunvericiliklə müəyyən edilir (MPM-in 254-cü maddəsi). Bu hallardan biri olduqda, məhkəmə iş
üzrə icraatı dayandırmalıdır. Bu, onun vəzifəsidir. Məsələn, tərəf (iddiaçı və ya cavabdeh) fəaliyyət qabiliyyəti-
ni itirərsə və ya onlardan biri silahlı qüvvələrin hərbi əməliyyatlarında olarsa və s. iş üzrə icraat dayandırılır. ş
üzrə icraat hakimin təşəbbüsü ilə də dayandırıla bilər. Bu, məhkəmənin vəzifəsi yox, hüququdur. Tərəf hərbi
xidmətdə və ya uzunmüddətli qulluq ezamiyyətində olduqda, məhkəmə həmin hüquqdan istifadə edə bilər. Bu
hallarda iş üzrə icraatın dayandırılması iddia müddəti axımının kəsilməsinə təsir göstərmir. Çünki bu axım artıq
iddianın verilməsi anından kəsilmişdir. ş üzə icraatın dayandırıldığı andan iddia müddətinin axımı yenidən baş-
layır.
Dostları ilə paylaş: |