Mülkiyyət hüquq münasibətlərində yalnız subyekt kimi səlahiyyətli şəxs — mülkiyyətçi konkret olaraq mü-
yyən edilir. Bu münasibətlərdə subyekt kimi iştirak edən ikinci tərəf, yəni borclu şəxs isə naməlumdur. Dairəsi
256
qeyri-müəyyən olan, çoxsaylı borclu şəxslər («hamı və hər kəs») mülkiyyət hüquq münasibətlərində ikinci tərəf
qismində çıxış edirlər. Digər mülki hüquq münasibətlərində (məsələn, öhdəlik hüquq münasibətlərində ― alqı-
satqı, kredit, kirayə və digər münasibətlərdə) isə əlaqələr anjaq konkret subyektlər arasında əmələ gəlir. Bu,
mülkiyyət hüquq münasibətlərinin quruluş xüsusiyyətini təşkil edir. Bu xüsusiyyətə görə, mülkiyyət hüquq mü-
nasibətində bir tərəfdə (səlahiyyətli şəxs qismində) mülkiyyətçi, digər tərəfdə isə (borclu şəxs qismində) əhatə
dairəsi bilinməyən şəxslər («hamı və hər kəs») çıxış edirlər.
Dostları ilə paylaş: