na iddia müddəti şamil edilmir (MM-in 384-cü maddəsi). Bu, o deməkdir ki, iddia müddətinin ötməsi mül-
kiyyət hüququnun ləğv edilməsinə səbəb olmur. Bu baxımdan, Yaponiya mülki hüququnda göstərildiyi kimi,
mülkiyyət hüququ daimi hüquqdur.
Yeni Mülki Məcəllə mülkiyyətçiyə öz əmlakı barəsində istədiyi kimi əqd bağlamağa ümumi icazə verdiyin-
dən başqa, həm də onun öz əmlakını başqa şəxsin vəkalətli idarəçiliyinə verə bilməsini nəzərdə tutur. Belə
halda mülkiyyət hüququ vəkalətli idarə edənə keçmir. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdi-
yi üçüncü şəxsin mənafeyi üçün idarə etməlidir (MM-in 152-ci maddəsinin 8-ci bəndi).
Beləliklə, subyektiv mülkiyyət hüququ dedikdə, səlahiyyətli şəxs olan mülkiyyətçinin qanunla müəy-
Dostları ilə paylaş: |