yən edilən elə bir mümkün davranış ölçüsü başa düşülür ki, bununla o, əmlaka sahiblik, əmlakdan istifa-
də və onun üzərində sərənjam vermək hüququnu həyata keçirir.
6. Mülkiyyət hüquq münasibətlərinin quruluşu və subyektləri
Hüquq normaları ilə tənzimlənən mülkiyyət iqtisadi münasibətləri hüquq münasibətləri formasını alır. stəni-
lən hər hansı hüquq münasibəti müəyyən quruluşa malikdir. Mülkiyyət hüquq münasibətlərinin quruluşu dedik-
də, bu münasibətlərin subyekti, obyekti və məzmunu (subyektiv hüquq və hüquqi vəzifə) başa düşülür.
Mülkiyyət hüquq münasibətlərinin subyekti rolunda vətəndaşlar, hüquqi şəxslər — həm kommersiya təşki-
latları (tam şərikli müəssisələr, səhmdar cəmiyyətləri və digər təsərrüfat ortaqlıqları və cəmiyyətləri, koopera-
tivlər), həm qeyri-kommersiya təşkilatları (ictimai birliklər, dini təşkilatlar, fondlar), habelə dövlət
(Azərbaycan Respublikası), bələdiyyələr çıxış edir. MM-in 153-cü maddəsi mülkiyyət hüququnun subyektlə-
rinin dairəsini müəyyən edir. Bununla bərabər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edil-
miş hədlərdə onun ərazisində xarici dövlətlərin, onların hüquqi şəxslərinin və vətəndaşlarının, beynəlxalq təşki-
latların mülkiyyətinə yol verilir.
Hər bir subyekt malik olduğu əmlaka mülkiyyət hüququnun vahid daşıyıcısı qismində çıxış edir. Əmlakın
bir neçə şəxsə məxsusluğu başqa şəxsin bu əmlaka həmin həjmdə mülkiyyət hüququna malik olmasını istisna
edir. Bununla bərabər, əşya üzərində mülkiyyət hüququ eyni zamanda iki və daha artıq subyektə məxsus
Dostları ilə paylaş: |