(qeyri-məhdud) xarakterli hüquqdur; ona suverenlik xasdır. Amma mülkiyyət hüququ mülkiyyətçiyə tam
suverenlik vermir. Belə ki, qanunda nəzərdə tutulan hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər (MM-in
8-ci fəsli, 169-172-ci maddələr). Bu baxımdan mülkiyyət hüququ tam suveren (qeyri-məhdud) hüquq hesab
edilmir.
Doqquzuncu, mülkiyyət hüququ elastik xarakterə malikdir. Bu, onu ifadə edir ki, mülkiyyəti məhdudlaşdı-
ran hər hansı hal (girov, ipoteka, əmlakın həbsi və s.) aradan qalxdıqda, mülkiyyət hüququ da tam həjmdə bərpa
olunur. Məsələn, şəxs öz əmlakını girov qoyub, digər şəxsdən borc pul alır. Borcu qaytardıqdan sonra o, girov
qoyulmuş əmlakı geri götürür. Bunun nəticəsində onun mülkiyyət hüququ tam həjmdə bərpa olunur. Elastiklik
xüsusiyyəti imkan verir ki, mülkiyyətçi öz əşyası üzərində tam yiyəlik və «ağalıq» etmək vəziyyətinə qayıda
bilsin.
Onuncu, mülkiyyətçinin hüquqlarının sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulardan müdafiə
zamanı (yəni neqator iddia verilən hallarda) mülkiyyət hüququ iddia müddəti tanımır, yəni mülkiyyət hüququ-
Dostları ilə paylaş: |