Azərbaycanın murdar ət bazarı
Mehriban Əliyeva, “Şəki - Region” qəzeti
Son bir ildə Azərbaycan əhalisinin öz qida rasionunda daha çox üstünlük verdiyi məhsul-ət və
südən yoluxan xəstəliklərin sayı artıb. 1 Saylı Şəhər xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə
müraciət edən pasiyentlər arasında Brüsülyoz və Batulizmdən Şikayət edən xəstələrin sayı daha çox
olub.
Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri Arif Fərəcovun sözlərinə görə, 2008-ci ildə Brüsülyoza
yolxan xəstələrin sayı 34 nəfər olduğu halda, 2009-cu ilin 8 ayı ərzində bu göstərici 54 nəfər olub ki,
onlardan da 31 nəfəri kəskin Brüsülyoza yoluxub. Batulizmə yoluxan xəstələrin sayı isə 2008-ci ildə
12 nəfər təşkil edib. 2009-cu ilin 8 ayı ərzində isə bu rəqəm 8 nəfər olub. Qara yara xəstələrinin sayı
isə azalıb. 2008-ci ildə şöbədə bu xəstəlikdən 3 nəfər müalicə alunubsa da, bu ilin 8 ayı ərzində
şöbədə qara yara xəsətələrinin sayı cəmi bir nəfər təşkil edib.
Arif Fərəcov Brüsülyozun xəstə hevanın ət və südündən alınan məhsullardan keçdiyini deyir.
Batulizim isə kolbasa və ev şəratində konservləşdirilən məhsullardan yoluxur. Şöbə müdirinin
sözlərinə görə, batulizm brüsülyozdan fərqli olaraq öldürücü xarakterə malikdir. Və xəstəliyin
öldürüclük dərəcəsi onun gizlilik dövrü ilə ölçülür. Yəni xəstəliyə yoluxan adam özündə xəstəliyin
əlamətlərin nə qədər tez hiss edərsə, bu ölümə bir o qədər tez gətirib çıxara bilər. “Mədə bulanması,
qusma, gözün torlanması, hava çatışmazlığı,nitqin pozulması və sair kimi əlamətləri olur bu
xəstəliyin. Bizim şöbədəd bu xəstəlikdən ölənlər olamyıb. Amma ağır vəziyyətdə gələn xəstələr
reanimasiya şöbəsinə qəbul olunur və aparata qoşulur. Və orda bu günədək bu xəstəlikdən ölənlərin
sayı çox olub”,-Arif Fərəcov belə deyir.
Xatırladaq ki, bir neçə il öncə Şəki rayonunda at və eşşək əti satan obyektlər dövlət qurumları
tərəfindən aşkarlanaraq bu işdə əlaqəsi olan şəxslərə qarşı cinayət işi başladılıb. Astarada isə bir
ailənin dörd üzvü batulizmə yoluxaraq dünyasını dəyişib.
Peşəcə dənizçi olan 25 yaşlı Şəki sakini Elşad Məmmədov bu yaxınlarda Kolbasa yedikdən sonra
özünü pis hiss etməyə başlayıb. Özünün dediyinə görə, yaxınlarının köməyi ilə təcili olaraq
paytxatda yerləşən özəl tibb klinikalarından birinə çatdırılıb. Kilinikada iki gün yatdıqdan sonra evə
buraxılan Elşada Həkimlər zəhrələnmənin məhz kolbasadan baş verdiyini təsdiqləyiblər.
Azad İstehlakçılar Birliyi qeyri hökümət təşkilatı olaraq 10 ildən çoxdur ki, Ölkənin Əmtəə
bazarlarındakı vəziyyəti öyrənərək insanları təhlükəli mallardan qorumaq məqsədi ilə
maarifləndirmə işləri aparaır. Təşkilatın Rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, paytaxt
bazarlarının bir neçəsində ölü və xəstə heyvanların satılması faktı indi də mövcuddur. Onun
bildirdiyinə görə, hazırda bu işlə məşğul olan iki əsas ət bazarı var. “Uzun müddətdir ki,vağzalüstü
adlanan ərazidə, o cümlədən Təzə bazarın alt qapısında gecələr ət bazarı fəaliyyət göstərir. Bazar
gecələr saat 23:00-dan səhər saatlarına qədər işləyir. Ölkənin hər yerindən bu bazarlara mənşəyi
məlum olmayan murdar ət gətirilir.orda ətin kiloqramını hətta 1 manata da satın almaq mümkündür”
Eyyub Hüseynov deyir ki, belə növ ətləri əsasən ictimai iaşə müəssisələri, farş hazırlayan
müəssisələr, dönərxanalar, kolbasa və sosiska sexləri alaraq ondan hazırlanan məhsulları son
nəticədə istehlakçılara satırlar. Ekspertin fikrincə, belə vəziyyətin hökm sürməsinə əsas
səbəblərindən biri şəhər bazarlarında satılan ətin təhlükəsizliyini nəzarətin zəif olmasıdır.
“Bazarlarda adları olub, özləri olmayan laboratoriyalar var. Səhər saatlarında bazarlara getsək,
yüzlərlə cəmdəyin üzərinə möhür vurulduğunun şahidi olarıq. Bütün bunlar yalançı ekspertiza
rəyləridir”.
Eyyub Hüseynov ölkəmizdə ətdən kütləvi zəhərlənmə hallarına rast gəlinməməsini isə Azərbaycan
mətbəxinin uğuru kimi qeyd edir. Onun sözlərinə görə Azərbaycan ailələri əti aldıqdan sonra onu
çoxlu qaynadır ki, bu da zəhərlənmə və yolxucu xəstəliklərin qarşısını almış olur.
Paytaxt əhalisinin üstünlük verdiyi bazarlar sırasında Təzə bazar və 8 kilometr kimi tanınan
bazarların öz çəkisi var. Məhz bu bazarlara Azərbaycanın müxtəlif bölgələrindən kəsilmiş heyvan
ətləri gətirilərək əhaliyə satılır. Bazardakı satıcılar iddia edir ki, piştaxtalarda satdıqları ətlər sağlam
heyvan ətləridir. Onların dediyinə görə, adi müştəriyə xəstə və ya murdar ətin satmağın çətin
olduğunu anlayaraq onlar çox vaxt bu işə qol qoymurlar. Amma söhbətləşdiyim bir neçə ət satıcısı
ölü və xəstə ətlərin rayonlardan bazarlara gətirilməsi faktını da təsdiqlədi. Onların sözlərinə görə,
xəstə və ölü heyvan ətlərinin öz alıcıları var. Bunlar farş düzəldən sexlər,restoranlar, əsas da
Kolbasa və sosika istehsalı ilə məşğul olan sexlərdir. Satıcılar deyir ki, məhz belə obyekt sahibləri
onlara müraciət edərək ucuz ət sifariş edirlər ki, onlar da rayonlardan ölmüş, keyfiyyətsiz və ya
xəstə heyvan ətləri ilə onları təmin edilər.
Sabirabad rayonundan olan Murad adlı şəxs artıq bir neçə ildir ki, rayon ərazisindən ucuz, yəni
xəstəxal və ya artıq canını tapşırmı heyvan ətlərini alaraq onu paytaxtdakı sifarişçilərinə çatdırır.
onunla əlaqə saxlamaq da məhz Təzə bazardakı satıcılardan birinin verdiyi mobil nömrə əsasında
mümkün oldu. Özümü şəhərdəki Kolbasa sexlərindən birinin sahibi kimi təqdim etdiyimdən onunla
ünsiyyətim baş tudu. Muradın dediyinə görə, bu aralar şəhərdən sifarişlərin çox olması ilə əaqədər
hələlik bizi lazım olan miqdarda ucuz ətlə təmin edə bilməz. Murad Ancaq bir neçə həftədən sonra
bizim “sex” üçün də ət tapa biləcəyini vəd etdi. Yığıcağı ətin kiloqramını bizə neçiyə satacağına
gəlincə isə, Murad yalnız onu bildirdi ki, elə özü rayonda ucuz əti, yəni canını tapşırmış və ya xəstə
heyvan ətini 1manat 50 qəpik- 2 manatdan yığır. Ona görə də hələlik bizə əti neçiyə verəcəyini
deməkdə çətinlik çəkdi.
Murad ucuz ət tapmaqda Bərdəli həmkarı Leş Əli ləqəbi ilə tanınan bir şəxsin də bizə kömək ola
biləciyini bildirdi. Leş Əli isə Bərdədə xəstə və murdar olmuş heyvan ətlərininin hər kiloqramı üçün
2 manat pul saydığını dedi. Şəhərdən olan müştərilərinə isə bu növ əti 2 manat 50 qəpikdən ucuz
satmadığını da əlavə etdi. Leş Əlinin sözlərinə görə, rayon ərazisindən yığdığı ölü heyvan ətlərinin
əsas alıcısı paytaxtdakı Kolbasa və sosiska sexləridir.
Qeyd edək ki, hazırda ölkə ərazisində dörd qurum, Standartlaşdırma , Metrologiya və Patent üzrə
Dövlət Agentliyi, Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq
qurumları və İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə
bazarlarında saxta və keyfiyyətsiz məhsulların satışının qarşısını almaq üçün tədbirlər həyata
keçirir.
Xatırladaq ki,elə bu yaxınlarda standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
keçirdiyi monitorinq və apardığı araşdırmalardan sonra istehsalına və satışına qadağa qoyduğu
Kolbasa məmulatlarının adını açıqlayıb. Komitənin tərtib elədiyi siyahıda 6 müəssisə və fiziki
şəxslərin istehsal etdiyi 30 da çox adda kolbasa, sosika və və digər ət məhsullarının standartlara
cavab verməməsi səbəbindən onların fəaliyyətinə eləcəcə də satışına qadağa qoyulub.
İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına Nəzarət dövlət xidmətindən isə bildirilər ki,bu
günədək aparılan monitorinqlər nəticəsində xidmət paytaxın bir neçə rayonunda yararsız ət və ət
məhsullarının satışı ilə məşğul olan obyektlər aşkarlayıb. Və Həmin obyekt sahiblərinə qarşı
Xidmət tərəfindən Bakı Şəhər Prokurorluğunda Cinayət məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda
ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kolbasa sexlərində apardığı Yoxlamaların
nəticəsi isə burdakı vəziyyətin ürək açan olmamasından xəbər verib. Beləki, qurumun ötən il
Bakının bütün rayonlarını əhatə edən yoxlamaları zamanı 6 müəssisədə istehsal olunan kolbasa
məhsullarında bağırsaq çöpü aşkarlanıb. Sanitar və Gigiyenik qaydalara əməl olunmadığı üçün 6
müəssisənin fəaliyyəti dayandırılıb. Həmin qaydalara əməl etməyən 10 yaxın müəssisəyə isə sanitar
vəziyyətin normal hala gətirilməsi üçün vaxt verilib.Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin Şöbə müdiri İmran Abdullayev isə deyir ki, ölkədə 21-22 şirkət kolbasa və kolbasa
məmulatları stehsal edir. Onlar içərisində keyfiyyətsiz ətdən istifadə edənlər var. Hətta ölü heyvanın
ətindən yararlanma halları da istisna deyil.
Bu il ölkənin 6 ən böyük kolbasa və kolbasa məmulatı istehsalçıları bir araya gələrək Azərbaycan Ət
və Ət məhsulları istehsalçılarının Assosasiyasını təsis edib. 15 üzvü olan Assosasiyanın əsas
məqsədi Kolbasa və Kolbasa məmulatı istehsalçıları rastlaşdığı problemin həlli yolunu tapmaqdır.
Assosiasiyanın sədri Fuad Qulubəyov deyir ki, bu sahə üzrə işləyən şirkətlər son bir neçə ayda iflic
olub. Buna əsasən “donuz qripi”nin yayılması səbəb olub. Bu səbəbdən şirkətlər istehsal gücünü 50-
60 faiz azaltmalı olublar.
“Səhliyalı” firmasının sahibi İlham Bəşirov isə deyir ki, ölkədə kolbasının keyfiyyətsiz ətdən
hazırlanması ilə bağlı təssürat yanlışdır. Onun sözlərinə görə, şirkətlər əti həm yerli, həm də dünya
bazarından birbaşa dövlət nəzarəti altında alırlar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bəzi kolbasa
məmulatlarının istehsalına və satışına qadağa qoyulmuşdur. Bizə verilən məlumata görə,
vətəndaşların bu sahəyə həssaslıqla münasibət göstərdiyini nəzərə alaraq və yaranmış fikir
ayrılıqlarına son qoymaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
tərəfindən aşağıdakı kolbasa və sosiska məmulatlarının satışına qadağa qoyulub:
“İlahə-96” müəssisəsi müəssisəsi tərəfindən istehsal edilən əla növ yarım hisə verilmiş “Halal
Prima”, “Halal Bon Appetite”, “Tallinskaya”, “Slavyanskaya”, “Halal” sosiskası, “Orxan-SS”
tərəfindən istehsal edilən “Kristal kopçennaya” sosiskaları, “Halal” sosiskaları, “Halal Kristal”
sordelkaları, bişmiş “Halal” kolbasaları, bişmiş “Halal Prima doktorskaya” kolbasaları, bişmiş
“Kopçennaya” kolbasaları, “Moskovskaya servelat” kolbasaları, “Kristal” kolbasaları, “Azərdad”
MMC tərəfindən istehsal edlən “Halal” sosiskaları, “Halal” sardelkaları, “Halal həvəskar”
kolbasaları, “Halal pəhriz” kolbasaları, “Koral-F” MMC tərəfindən istehsal edilən “Halal həvəskar”
kolbasaları, hisə verilmiş “Ukraynskaya” kolbasaları, “Halal pəhriz” kolbasaları, “Kurinaya”
kolbasaları, “Halal” sosiskaları, hisə verilmiş əla növ “Prima” kolbasaları, hisə verilmiş əla növ
“Delikatesnaya” kolbasaları; “Əli-Əkbəroğlu” firması tərəfindən istehsal edilən bişmiş
“Doktorskaya” sosiskaları, “Servelat Prima”, “Servelat Moskovskaya”, “Delikatesnaya Servelat”
kobasaları, “Prima Halal” kolbasaları, hisə verilmiş “Prima” və “Verskaya” kolbasaları, bişmiş
“Qovyajaya” kolbasaları
Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət
nəzarəti planına əsasən kolbasa məmulatları istehsalı ilə məşğul olan “Omeqa-Z” MMC və
“Abşeron-2000” firmasında monitorinqlərini davam etdirirlər. Nəticələr yaxın günlərdə
açıqlanacaqdır.
Dostları ilə paylaş: |