__________________Milli Kitabxana__________________ 16
bəhsində, X sinifdə isə «Atomun quruluşu» və «Atom enerjisi»
mövzularını keçdikdə nümayiş etdirilir.
«Günəş Yerdə əsas enerji mənbəyidir» filmi təkcə VII sinifdə yox
(fizikadan ensrjinin saxlanması və çevrilməsi qanununu keçərkən),
həm də VII sinifdə kimya dərslərində şagirdlərin aldıqları bilikləri
zənginləşdirmək üçün (oksigenin fiziki və kimyəvi xassələri,
oksigenin tətbiqləri, təbiətdə oksigen, havanın tərkibi), biologiyadan
(yarpaq, bitkilərdə üzvi maddələrin əmələ gəlməsi), coğrafiyadan
(relyef və faydalı qazıntılar) mövzularını keçddidə də istifadə olunur.
Tədris prosesində, bütün yuxarıda saydığımız əlaqə növlərini bir-
birilə üzvi surətdə bağlı şəkildə həyata keçirməklə şagirdlərin aldığı
biliklərin dərinləşməsinə, möhkəmlənməsinə və tamamlanmasına
nail olmaq mümkündür.
§ 4. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARINI ƏLAQƏLİ ÖYRƏTMƏYİN PSİXOLOJİ ƏHƏMİYYƏTİ Hər bir fənn müəyyən sistemlə öyrədilir. Dərslikdə materialın
düzülüşündə də müəyyən sistem olur. Buna baxmayaraq, tədris
prosesində çox zaman bu və ya başqa bir çatışmazlıq hiss olunur.
Bəzən şagirdlərin yaxın fəndən hazırlıq səviyyəsi aşağı olduğundan
başqa fənn üzrə mövzu öyrədilərkən şagirdlərin biliyində səthilik hiss
olunur. Bu mövzunun yerini çox vaxt dəyişmək də mümkün olmur,
çünki didaktikanın əsas prinsiplərindəi biri olan «məlumdan məchula»
. qaydası pozulur. Məsələn, kimyadan «kovalent əlaqə», fizikadan
«vektorların toplanması və ayrılması» dərslikdə lap əvvəllərdə verilir,
ona görə də səthi öyrədilir. Lakin buna ayrı imkan da yoxdur. Çünki
bu məsələlər ona görə kursa lap əvvəldə daxil edilir ki, onların
əsasında bütün qalan mövzuların öyrədilməsi mümkün olsun. Belə
çətinliklər başqa fənlərdə də var. Materialın bütün fənlər üçün eyni
dərəcədə əlverişli hər düzülüşünü tərtib etmək mümkün olmur. Ona
görə də hər bir fəndə səthi öyrədilən, zəif mənimsənilən yerlərin
olması zəruri xarakter daşıyır.
Fənlərarası əlaqənin həyata keçirilməsi yaxşı təşkil ednldikdə bu
nöqsanları kursun sonuna qədər