__________________Milli Kitabxana__________________
13
a) proqramın, bir neçə təbiət fənninin köməyilə öyrədilən
mövzularına həsr olunmuş şagird konfransları ekskursiyalar, gecələr
keçirməklə;
b) təkrar vaxtı yaxın fənlər üzrə biliklərdən istifadə etməklə
v) anlayış və tərifləri yaxın fənlərdəkilərlə müqayisəli
şəkildə
öyrətməklə;
q) müxtəlif fənlər üzrə biliklərdən istifadə edən məsələlər həll
etməklə;
ğ) yaxın fənn kabinetlərindəki əyani vasitələrdən istifadə etməklə;
d) müəyyən bir fənnə aid mövzuları öyrədərkən onları gündəlik
həyatla,
istehsalatla, sənaye və kənd təsərrüfatının müxtəlif
obyektlərilə əlaqələndirmək və öyrədilən təbiət hadisəsinin ayrıca
verilmiş fənnə görə yox, bütün yaxın fənlərə aid
olan cəhətlərini də
şagirdlərə açıb göstərməklə.
Buraxılış siniflərində fənlərarası şagird konfransları, fizika və
texniki tərəqqi, kimya və texniki tərəqqi, fizika və həyat və s.
mövzularda
keçirilək gecələr, Sumqayıt boru-prokatı və ya sintetik
kauçuk zavoduna fizika və kimya müəllimlərinin birlikdə təşkil
etdikləri ekskursiya bu cür əlaqə növünün həyata
keçirilməsinə şərait
yaradır, vaxta xeyli qənaət edilir, daha çox faydalı olur, şagirdlər öz
biliklərinin texniki tətbiqlərilə hərtərəfli tanış olurlar elm və texnika
haqqında onlarda tam təsəvvür yaranır.
Ən
əhəmiyyətli cəhət odur ki, bu əlaqə növü fənləri bir-birinə
yaxınlaşdırır. Yaxın fənlərdə öyrədilən eyni bir obyekt və ya hadisə
haqqında onlarda düzgün təsəvvür yaranır, ziddiyyətə və dəqiqsizliyə
yol verilmir. Bunu bir misalla aydınlaşdıraq. Məsələn B. B. Buxovtsev
və b. «Fizika 9-cu sinif», Y. V. Xodakov və b. «Qeyri-üzvi kimya, 9-
cu sinif» dərsliklərində elektrolitin tərifi müxtəlifdir. «Fizika»
dərsliyində elektrolitlərə «duz, turşu və qələvilərin suda məhlulu»
kimi, ««Qeyri-üzvi kimya» dərsliyində isə məhlulları elektrik cərəyanı
keçiron maddələr» kimi tərif verilmişdir. «Fizika» dərsliyindəki
tərifdən şagird belə nəticə çıxara bilər ki, xörək duzuna elektrolit
demək olmaz, o ancaq suda həll olduqda elektrolitə çevrilir.
Kimyadakı tərifə görə isə,
xörək