Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   6   7   8   9   10   11   12   13   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

İnteqrasiya əlaqəsi. Bu əlaqə, proqramın ayrı-ayrı 
məsələlərinə kompleks şəkildə baxmaqla həyata keçirilir. 
İnteqrasiya əlaqəsini müxtəlif yollarla həyata keçirmək olar: 


__________________Milli Kitabxana__________________ 
13 
a) proqramın, bir neçə təbiət fənninin köməyilə öyrədilən 
mövzularına həsr olunmuş şagird konfransları ekskursiyalar, gecələr 
keçirməklə; 
b) təkrar vaxtı yaxın fənlər üzrə biliklərdən istifadə etməklə
v) anlayış və tərifləri yaxın fənlərdəkilərlə müqayisəli şəkildə 
öyrətməklə; 
q) müxtəlif fənlər üzrə biliklərdən istifadə edən məsələlər həll 
etməklə; 
ğ) yaxın fənn kabinetlərindəki əyani vasitələrdən istifadə etməklə; 
d) müəyyən bir fənnə aid mövzuları öyrədərkən onları gündəlik 
həyatla, istehsalatla, sənaye və kənd təsərrüfatının müxtəlif 
obyektlərilə əlaqələndirmək və öyrədilən təbiət hadisəsinin ayrıca 
verilmiş fənnə görə yox, bütün yaxın fənlərə aid olan cəhətlərini də 
şagirdlərə açıb göstərməklə. 
Buraxılış siniflərində fənlərarası şagird konfransları, fizika və 
texniki tərəqqi, kimya və texniki tərəqqi, fizika və həyat və s. 
mövzularda keçirilək gecələr, Sumqayıt boru-prokatı və ya sintetik 
kauçuk zavoduna fizika və kimya müəllimlərinin birlikdə təşkil 
etdikləri ekskursiya bu cür əlaqə növünün həyata keçirilməsinə şərait 
yaradır, vaxta xeyli qənaət edilir, daha çox faydalı olur, şagirdlər öz 
biliklərinin texniki tətbiqlərilə hərtərəfli tanış olurlar elm və texnika 
haqqında onlarda tam təsəvvür yaranır. 
Ən əhəmiyyətli cəhət odur ki, bu əlaqə növü fənləri bir-birinə 
yaxınlaşdırır. Yaxın fənlərdə öyrədilən eyni bir obyekt və ya hadisə 
haqqında onlarda düzgün təsəvvür yaranır, ziddiyyətə və dəqiqsizliyə 
yol verilmir. Bunu bir misalla aydınlaşdıraq. Məsələn B. B. Buxovtsev 
və b. «Fizika 9-cu sinif», Y. V. Xodakov və b. «Qeyri-üzvi kimya, 9-
cu sinif» dərsliklərində elektrolitin tərifi müxtəlifdir. «Fizika» 
dərsliyində elektrolitlərə «duz, turşu və qələvilərin suda məhlulu» 
kimi, ««Qeyri-üzvi kimya» dərsliyində isə məhlulları elektrik cərəyanı 
keçiron maddələr» kimi tərif verilmişdir. «Fizika» dərsliyindəki 
tərifdən şagird belə nəticə çıxara bilər ki, xörək duzuna elektrolit 
demək olmaz, o ancaq suda həll olduqda elektrolitə çevrilir. 
Kimyadakı tərifə görə isə, xörək 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin