__________________Milli Kitabxana__________________ 14
duzu da, sulfat turşusu da, natrium hidroksid də elektrolitdir. Həmin
dərsliklərdə «elektrolizin» tərifi də fərqlidir. Fizikada şagirdlər
öyrənirlər ki, «Elektrolitin tərkibinə daxil olan maddələrin
elektrodlarda ayrılması prosesi elektroliz adlanır. Kimyada isə
öyrənirlər ki, elektrik cərəyanının təsirilə gedən oksidləşmə-reduksiya
reaksiyalarına elektroliz deyilir». Beləliklə, eyni tərif nə anlayışın
müxtəlif cür izah edilməsi, şagirddə müəllimə qarşı şübhə yaradır. Bu
məsələ haqqında şagirdin şübhəsini dağıtmaqda inteqrasiya əlaqəsi
mühüm rol oynayır. Digər tərəfdən, əgər şagird muəyyən anlayış və ya
tərif haqqında bir fənn üzrə düzgün məlumat alıbsa, onu asanlıqla, yeri
gəldikdə başqa fənlərdə də tətbiq edir. Bu əlaqə növünü təkcə dərs
vaxtı yox, kompleks ekskursiyalarda da həyata keçirmək olar. Bunun
bir üstünlüyü də çox şagirdin iştirak etməsi və az vaxt sərf
olunmasıdır.
Yaxın fənlərin müəyyən bölmələrinin yaxşı mənimsənilməsini
təmin etmək məqsədilə, ona bəzən xüsusi hazırlıq aparmaq lazım
gəlir. Məsələn, VI sinifdə fizikadan «Atomun quruluşu», VII sinifdə
isə kimyadan «Periodik qanun və D.İ.Mendeleyevə görə elementlərin
dövrü sistemi» mövzularının öyrədilməsində inteqrasiya əlaqəsi
vacibdir. Əgər VI sinifdə fizika dərslərində atomun mürəkkəb
quruluşa malik olmasının isbatına ciddi yanaşılsa, bunun üçün
şagirdlərin başa düşə biləcəyi şəkildə bütün illüstrasiya və nümayiş
materialından istifadə olunsa, atomda proton, neytron və elektronlar
olması, onların müşahidə üsulları, elektron qatlarının quruluşu,
onlardakı periodiklik və s. göstərilsə, kimya dərsində bu məsələnin
öyrədilməsi heç bir çətinlik törətməz, vaxta qənaət etməyə imkan
verər və mövzuya aid məsələlər daha tam şəkildə əhatə olunar.
İki və daha çox fənnin iştirakilə həll edilən məsələlərda də
inteqrasiya əlaqəsi xüsusi yer tutur.
VII sinifdə riyaziyyat dərslərində kvadrat tənliklərin həllinə böyük
yer verilir. Fizikadan kvadrat tənliyə gətirilən məsələlər həll edilərkən
onların tədqiqinə ciddi yanaşılsa, həm şagirdlərin riyazi bilikləri
möhkəmlənər, həm də kvadrat tənliklərin mümkün olan həllərinə
dərin fiziki məna verilər. Bu isə,