__________________Milli Kitabxana__________________ 15
şagirdləri bilavasitə mümkün olan həllərin tədqiq edilməsinin zəruri
bir məsələ olmasına inandırar. Burada hesablama xarakterli
məsələlərin həllində vahidlər sisteminin seçilməsinə eyni cür
yanaşmaq da vacib məsələdir. Hazırda dərslik və məsələ kitablarında
vahidlər sistemindəki müxtəliflik hələ də hiss olunur. Son vaxtlar
fizikada ancaq iki vahidlər sistemindən-SQS və BS-dən istifadə
olunur. Riyaziyyatda isə müxtəlif uzunluq, sahə, həcm, sürət və s.
vahidlərindən istifadə olunur. Kimya, biologiya, coğrafiya və digər
fənlərdə də hələ bu barədə müəyyən bir sistem yoxdur.
Fizikada «çəki» və «kütlə»nin fərqi böyük çətinliklə izah edildiyi
halda, kimyada bunlara eyni anlayış kimi baxılır. Bu səbəbə görə də
çox vaxt şagirdlərin vahidlər sisteminə aid biliklərində kəsir cəhətlərə
rast gəlmək olur, bununla əlaqədar olaraq məsələ həllində səhvlərə yol
verildiyindən cavab düz çıxmır, şagirdlərdə isə məsələnin həlli
yolunun düz olmasına yersiz şübhə yaranır.
Riyaziyyatda loqarifm xətkeşinin öyrənilməsinə xeyli yer verilir,
lakin başqa fənlər üzrə dərs deyən müəllimlər xətkeşdən istifadəni
tələb etməsələr o tez yaddan çıxar. Onu öyrənməyə sərf olunan vaxt
isə hədər gedər. Xətkeşdən istifadə olunan dərslərdə vaxta qənaət
edildiyindən, bir dərsdə daha çox məsələ həll etmək, bu məsələ ilə
əlaqədar olan inteqrasiya əlaqəsini inkişaf etdirmək üçün əlverişli
şərait yaranır. Kimya dərsində müəllim ozonu keçdikdə, fizika
kabinəsindən elektrofor maşınını və ya yüksək gərginlik almaq üçün
işlədilən induksiya sarğacından istifadə edir.
Fizika dərslərində isə kimya kabinetindəki reaktivlər, cədvəllər,
bəzi cihazlar istifadə olunur. Bu tədbirlər də inteqrasiya əlaqəsini
inkişaf etdirir.
Hazırda filmlərdən istifadə tədrisin metodikasına geniş daxil
olmuşdur. Hadisə və prosesləri bilavasitə müşahidə etmək imkan
xaricində olduqda, bu filmlər daha böyük rol oynayır. Həmin filmlərin
ayrı-ayrı fənlərin mövzularına görə buraxılmasına baxmayaraq, ondan
yaxın fənlərdə də istifadə olunur. Məsələn, «Atomun quruluşu» filmi
və ya onun fraqmentləri kimyadan "IX sinifdə «Maddənin quruluşu»