Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   11   12   13   14   15   16   17   18   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
18 
ması ilə əlaqədar olarəq ən yeni assosiasiyalar yaranır. Müəyyən bir 
hadisəni şagirdlərə öyrədərkən, onun əsas əlamətlərini yadda 
saxlamağı onlardan tələb etmək və bunun başqa fənlərdə öyrədilən 
digər məsələlərdə lazım olacağını bildirmək lazımdır. Müəllim bu 
yolla şagirdləri həmin hadisə haqqında başqa fənlərdən daha geniş 
məlumat almaq üçün hazırlayın və şagirdlər, indi aldıqları məlumatın 
tam olmadığını da yaxşı hiss edirlər. Bu da şagirdləri hadisənin yeni 
əlamətlərini öyrənməyə yönəldir və uzunmüddətli yaddaşın 
formalaşmasına səbəb olur. 
Elmi-texniki tərəqqinin tələblərinə zəhmətkeşlərin mədəni-texniki 
və təhsil səviyyəsinin durmadan artırılması məsələlərnnə, ixtisaslı 
fəhlə və mütəxəssis kadrların hazırlığını yaxşılaşdırmağa uyğun 
olaraq xalq təhsili sisteminin sonrakı inkişafını həyata keçirmək, 
ümumi orta təhsili inkişaf etdirmək və təkmilləşdirmək» lazımdır. 
Bu məsələnin müvəffəqiyyətlə həll edilməsində yeni təlim 
metodlarından fəal istifadə edilməsi, şagirdlərin təfəkkürünün 
xarakterinə təsir etməklə onlarda yeni düşünmə formaları yaradılması, 
onlarda bilik almağa ehtiyac hissi tərbiyələndirilməsi əsas yer tutur. 
Şagirdlər öyrəndikləri qanunlara istinad edərək rast gəldikləri 
təbiət hadisələrini izah etməyi bacarırlarsa, köhnə bilikləri yeni 
şəraitdə və yeni məqsədlər üçün tətbiq edə bilirlərsə, onlar özlərinə 
gələcəkdə peşə seçməkdə də səhvə yol vermirlər, sevdikləri sahədə 
işlədikdə nəinki yorulmur, hətta sanki istirahət edir və zövq alırlar. 
Şagirdlərin tədris prosesində fəallığı, onların öyrənmək arzusunun 
getdikcə artması da bununla əlaqədardır. Indiki dövrdə deklarativ 
çağırış, umumi sözlərlə ifadə edilən nəsihətlər təsirsiz olur və 
şagirdlərdə heç bir maraq yaratmır. Bunu bir neçə misalla konkret 
şəkildə göstərək. Tutaq ki, müəllim fizikadan şagirdlərə öyrətdiklərini 
təbiəti mühafizə etmək məsələlərilə əlaqələndirmək və keçdiyi 
materialla əlaqədar olaraq müəyyən tərbiyəvi nəticə çıxarmaq istəyir. 
Burada, «Təbiəti qorumaq hər bir vətənda- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin