__________________Milli Kitabxana__________________ 26
dik sistemin izahedici rolundan burada səmərəli istifadə etmək xüsusi
əhəmiyyət kəsb edir.
IX sinifdə şagirdlər materiyanın quruluşunun mürəkkəbliyi
haqqında yeni məlumat alırlar. Fizikadan qaz, maye, bərk cisimlərin
kinetik nəzəriyyəsi əsas müddəalarını, kimyadan isə elektrolitik
dissosiasiya nəzəriyyəsini keçdikdə onlar, hərəkət edən molekulların
sürətinin, kütləsinin və ölçülərinin təyiniüsulları ilə tanış olurlar.
Materiyanın quruluşu və onun təzahür formalarını göstərdikdə,
elektrik sahəsi, maqnit sahəsi, elektromaqnit rəqsləri və dalğaları, işıq
dalğaları mövzularının tədrisi böyük rol oynayır. Bu mövzuların
öyrədilməsilə yanaşı sahənin, maddi olması anlayışı şagirdlərdə
formalaşır.
Elektromaqnit sahəsinin maddi olması bir sırə nəzəri və
eksperimental işlərlə təsdiq edilmişdir
Ç.K.Maksvel, A.Q.Stoletov, P.N.Lebedev, A.S.Popov, S.İ.
Vavilov və başqa alimlərin işləri dünyagörüşün yaranmasında böyük
rol oynamışdır. Bu haqda şagirdlərdə geniş təsəvvür yaratmaqda
«Maddə və sahə» mömzusunda şagird konfransının keçirilməsi yaxşı
nəticə verə bilər. Atomun nüvəsi, «Elementar hissəciklər»
mövzularını öyrəndikdə şagirdlər materiyanın daha da dərinliklərinə
daxil olurlar. Fizikanın bu mövzuları ilə yanaşı şagirdlər kimyadan,
«Üzvi birləşmələrin quruluş nəzəriyyəsi», «Qeyri-üzvi maddələrin
sintezindən üzvi maddələrin alınması» kimi mövzuları öyrənirlər.
Yaxın fənlərdə öyrənilən bu məsələlər bir tərəfdən maddi aləmin
dərkedilməsi, onun tükənməzliyini, digər tərəfdən, canlı va cansız
təbiətin maddi birliyini, təbiəti çevirməkdə onu dərk etməyin rolunu
göstərir.
«Elementar hissəciklər» mövzusunda elektron-pozitron cütünün
iki fotona və əksinə çevrilməsinə xüsusi diqqət verilir, çünki burada
maddə və sahənin çevrilməsi qabarıq şəkildə özünü göstərir. Kütlə
anlayışından istifadə edərək materiya bizim şüurumuzdan,
duyğularımızdan asılı olmayaraq ayrılıqda məvcud olan obyektiv
reallıqdır.
Fənlərarası əlaqə, dialektikanın bütün anlayış, qanun və
kateqoriyalarının formalaşmasına da kömək edir.