Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   21   22   23   24   25   26   27   28   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
28 
humanitar elmlər arasındakı əlaqəni öyrənmək də xüsusi əhəmiyyət 
kəsb edir. Məktəbin bütün kollektivinin işinin effektliliyi, onların 
dialektik qanunauyğunluqları nümayiş etdirmək üçün ən səciyyəvi 
olan mövzuları vaxtında və düzgün müəyyən etmələrindən 
asılıdır. 
Şagirdlərdə elmi dünyagörüşünün tərbiyələndirilməsi məsələsi 
pedaqoji şuralarda vaxtaşırı müzakirə edilir. Bütün fənn müəllimləri 
həmin müzakirələrdə öz fənlərilə əlaqədar olaraq dialektika qanunları 
üzrə şagirdlərin təfəkkürünü inkişaf etdirməyə xidmət edən 
koordinasiya işi aparmağa cəlb edilərsə, həmin məsələ də arzu edilən 
istiqamətdə öz həllini tapar. Bu işin həyata keçirilməsində təbiət 
elmlərinin daha çox imkanları olduğunu bir neçə misalla göstərək. 
1. Əksliklərin mübarizəsi və vəhdəti. Şagirdləri həmin qanunla 
tanış etməzdən əvvəl fizika və başqa fənlərdən çoxlu misallar 
göstərmək lazımdır. Məsələn, cəzb olunma-itələmə, hissəcik-
aktihissəcik və s. kimi anlayışlara fizikadan ümumdünya cazibə 
qanununu, Kulon qanununu, nüvədəki nuklonların qarşılıqlı təsirini
elektron-pozitron, neytron-antineytron, proton-antiproton, kimyadan 
ion və kovalent əlaqə, müxtəlif işarəli ionların birləşmə yeni maddə 
əmələ gətirməsi faktlarını keçərkən toxunmaq olar. Burada xüsusilə 
qeyd etmək lazımdır ki, elektron və pozitron kimi iki hissəcik 
birləşdikdə iki qamma kvantı alınır, yəni materiya yox olmur, bir 
şəkildən başqa şəklə keçir. Bunun kimi də iki müxtəlif işarəli ion 
birləşdikdə hər iki ionun xassələrindən tamamilə fərqli xassələri olan 
yeni maddə əmələ gəlir. Qeyd etmək lazımdır ki, aralarında ziddiyyət 
olmasına baxmayaraq bunların biri o biri olmadan yaşaya bilməz. 
Əksliklər mübarizəsi hərəkət və inkişaf mənbəyidir. 
2. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi
Dialektikanın əsas qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə keçməsi qanununu şagirdlərdə formalaşdırmaq üçün, 
fizikadan maddənin bir aqroqat halından başqasına keçməsini, 
radioaktivliyi, atom quruluşunu, zəncirvarı reaksiyaları və s; 
kimyadan D.İ.Mendeleyevin elementlərin dövri cədvəlini, spirt 
molekulunda hidroksil qrupla 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin