__________________Milli Kitabxana__________________ 36
trikləşmə, heyvandarlıq və quşçuluq fermalarının
avtomatlaşdırılmasına ölkəmizin başqa yerlərində olduğu kimi,
respublikamızda da ciddi fikir verilir. Lakin elektrikləşmənin bütün
müsbət cəhətləri ilə yanaşı, onun şəbəkəsi genişləndikcə təhlükəsi də
artır. Fiziklər və bioloqlar arasında əlaqə çox zəif olan dövrdə belə
hesab edirdilər ki, cərəyanın qiyməti və gərginlik çox olduqca onlarla
düz mütənasib vəziyyətdə təhlükə də artır. İndi bu fikir artıq
köhnəlmişdir.
Müəyyən edilmişdir ki, insan bədənində cərəyana çox həssas
olan xüsusi yerlər, təhlükəni artıran istiqamətlər var. Məsələn, əlin üst
tərəfi, boyun, çiyin, kürəklər, gickah cərəyanın təsirilə həyatı
təhlükə altına alan ən qorxulu yerlərdir.
Canlı orqanizmlərin elektriklə zədələnməsində, təbii hadisəlar,
məsələn, ildırım da böyük rol oynayır. Hələ lap qədim zamanlardan
məlumdur ki, ildırım insan və heyvanlar üçün təhlükə törədə bilər.
İldırım çox vaxt tək bitən ağaca düşərək onu yandırır.
İlin isti vaxtlarında ildırım tez-tez müşahidə edilən təbiət
hadisəsidir. İldırımın yaxınlaşmasını biz havanın «sıxlaşması»,
tənəffüsümüzün çətinləşməsi ilə hiss edirik. İldırımın hansı məsafədən
gəldiyini, onun baş verdiyi yerin uzaq, yaxud yaxın olduğunu bilmək
olduqca vacibdir. Bu məsafənin təxmini də olsa təyin edilməsi
ildırımdan qorunmaq tədbirlərinin həyata keçirilməsi üçün şərait
yaradır. Əgər ildırımın çaxması vaxtından göy gurultusu eşidilənə
qədər keçən zaman fasiləsi on saniyədən çox deyildirsə, bu o
deməkdir ki, onun əmələ gəldiyi yer müşahidəçi üçün üç kilometrdən
uzaq deyil. Ona görə də dərhal qorunmaq üçün tədbir görmək
lazımdır. Ən çox təhlükə törədən xətti ildırımdır. Bu, buludlarla yer
arasında baş verən elektrik boşalması zamanı baş verir.
Adətən, ildırım çox hündür yerlərə, məsələn, ot və ya saman
tayasına, yüksək binalara, radio və ya televiziya qülləsinə, böyük
ağaclara və s. düşür və onlara ziyan verir. Elektrikkeçirmə qabiliyyəti
yaxşı olan cisimlər sanki ildırımı özünə çəkir. Düzənlik yerlərdə
ildırım gölə, bataqlığa, çayların sahilinə düşür. Ona görə də ildırım
çaxan vaxtı çimən adam öz həyatına özünün qəsd-etməsi kimi
qiymətləndirilə bilə. Əgər