Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   28   29   30   31   32   33   34   35   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
35 
sək olur. Bütün bu xassələrin ətraflı öyrənilməsi bioloji proseslərin 
təbiətindəki fiziki-kimyəvi mexanizmləri aşkar etməyə, mühitin fiziki 
təsirlərinin köməyi ilə canlılarda arzu olunan istiqamətdə dəyişikliklər 
yaratmağa imkan verir. 
Materiyanın canlılara məxsus elə mütəşəkkillik səviyyəsi var ki, 
bu səviyyədə onu öyrənərkən fizikanı kimyadan ayırmaq, prosesin 
dərk edilməsinə, daha qabarıq şəkildə isə biologiya elmlərinin 
inkişafına mane olur. Məhz hamin səviyyədə və əsasda molekulyar 
biologiya və molekulyar genetika elmləri yaranmışdır, indi də sürətlə 
inkişaf etməkdədir. Məhsuldarlığın artması, məhsulun keyfiyyətinin 
yaxşılaşması problemlərinin hallində bu elmlərin böyük gələcəyi 
vardır. 
Qısa bir müddət içərisində molekulyar biologiya və molekulyar 
genetika elmləri sahəsində qazanılmış nailiyyətləri elmin qabaqcıl 
səviyyəsinə çatdırmaq, həyat hadisələrini fiziki-kimyəvi əsaslarını 
öyrənməklə məşğul olan bu elmlərin inkişaf tempini daha da 
sürətləndirmək müasir dövrdə sovet elminin başlıca vəzifələrindən 
biridir. Bu nöqteyi-nəzərdən orta məktəbin təbiət fənlərinin tədrisi ilə 
məşğul olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təbiət 
fənlərinin öyrənilməsinə kompleks şəkildə yanaşmaq, bir elmin 
biliklərindən başqa elmin öyrənilməsi prosesində ətraflı istifadə 
etmək, elmlərin inteqrasiyasını inkişaf etdirən faktlara daha çox yer 
vermək, fənlərarası əlaqəni hər vasitə ilə genişləndirmək ən vacib 
məsələlərdir. Doğrudan da, hər bir elm üçün səciyyəvi cəhətlər var və 
buna görə də o başqa elmlərdən fərqlənir. Buna baxmayaraq yaxın 
elmlərin müştərək məsələləri çoxdur və onları nəzərdən keçirdikdə 
elmlərin qarşılıqlı təsirini nəzərə almağa xüsusi diqqət vermək 
lazımdır. 
Orta məktəbi bitirən gənclərin "bir qismi, istehsalata gedir. Onlar 
işləyəcəkləri sahədə və biliklərini tətbiq etməyi bacarmaq və 
öyrəndikləri qanunları həyatda görə bilmək üçün indidən təşəbbüs 
göstərməlidirlər. Bu baxımdan kənd məktəblərində təhsil alan 
gənclərin biofiziki təhsilinin təkmilləşməsi xüsusilə vacibdir. Son 
zamanlar kənd təsərrüfatında elek- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin