__________________Milli Kitabxana__________________ 31
Politexnik təhsil haqqındakı tezislərə düzəliş verilərək və onu
konkretləşdirərək məktəb təhsilində politexnizmi həyata keçirməkdə
əsas istiqamət şagirdlərin elektriklə, onun mexanika və kimya
sənayesində tətbiqlərilə tanışlıq, aqronomiyanın əsaslarını öyrənmək
olmalıdır.
Politexnik təhsilin sonrakı inkişaf prosesi, sənaye və kənd
təsərrüfatının tələblərinə uyğun şəkildə davam etmiş, bunu həyata
keçirməyin əsas yolları və formaları görkəmli sovet pedaqoqları
tərəfindən işlənib hazırlanmışdır.
Politexnik təhsilin məzmununda əsas yeri fizika, kimya, biologiya
kimi təbiət elmlərinin istehsalatla əlaqəsi tutur. Şagirdlərin politexniki
təhsilinin təkmilləşdirnlməsində təkcə bir fənnin yox, fənlər
kompleksknin istehsalatla bağlanması həlledici rol oynayır. Məktəb
fənlərinin sənaye və kənd təsərrüfatı ilə əlaqəsi politexnik təhsilin
əsasını təşkil edir. Müasir sənaye və kənd təsərrüfatının
avtomatlaşdırılması və mexanikləşdirilməsi, olduqca mürəkkəb
istehsal və texnoloji proseslər, ümumtəhsil fənlərinin dərindən
öyrənilməsi şəraitində düzgün idarə -oluna bilər. Ona görə də tədris
prosesində hər bir istehsal obyektinə məxsus müxtəlif fənlər arasında
əlaqə yaratmağa da xüsusi fikir verilir. Məsələn, şagirdlərə bərk
cisimlər mövzusunu öyrədərkən onları ölkəmizdəki-çuğun, polad,
alüminium və s. istehsalı ilə tanış etmək lazımdır. Həmin istehsal
obyektlərində təkcə fizika yox, başqa elmlərin də, məsələn, kimyanın
da böyük rolu olduğundan burada fizika ilə kimya arasındakı əlaqə də
dərhal nəzərə çarpır. Beləliklə, burada fizika ilə istehsalat, kimya ilə
istehsalat və başlıca olaraq fizika ilə kimya arasındakı əlaqə
öyrənilməklə yanaşı şagirdlərin politexnik təhsilləri də təkmilləşir.
Məlumdur ki, hər bir istehsalat sahəsində əsas yerlərdən birini
energetika tutur. Təbiət fənlərinin Məktəb kursundakı enerji anlayışı
haqqında şagirdlərin aldığı biliklər isə getdikcə zənginləşir. Xüsusilə
fizika və kimya kurslarında bu anlayışa aid faktlar daha çoxdur. Bu
nöqteyi-nəzərdən şagirdlərin istehsalata ekskursiyalarını fizika və
kimya müəl-