Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   25   26   27   28   29   30   31   32   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
32 
limlərinin birgə təşkil etməsi daha məqsədəuyğundur.
Bu cür kompleks ekskursiyalar daha faydalı olur. Xalq 
təsərrüfatının müxtəlif sahələrində enerjidən istifadə olunması faktını 
əsas tutaraq fizika və kimya müəllimi butün kursun tədrisi üzrə 
sistematik əlaqə saxlaya bilir. 
Qalvanik elementlərdə, akkumulyatorlarda, istilik elementlərində 
alınan, yanma və partlayış proseslərində ayrılan ekerjidən, nüvə 
enerjisindən və s. istifadə olunması xalq təsərrüfatının müxtəlif 
sahələrində geniş yayılır. 
Nəqliyyat, süni peyklər, kosmik raketlər, metalların kəsilməsi, 
yonulması, əridilməsi, qaynaq edilməsi və s. enerji sərf edilməsilə 
əlaqədardır. Bu nöqteyi nəzərdən müxtəlif istehsalat sahələrinə təşkil 
edilmiş ekskursiyalar da politexnik təhsili inkişaf etdirməklə yanaşı, 
fənlərarası əlaqənin də dərinləşməsinə kömək edir. 
Sənaye və kənd təsərrüfatı obyektlərinə ekskursiayalar şagirdlərin 
politexnik təhsilinin ayrılmaz bir hissəsidir. 
Hər bir istehsalat obyektində müxtəlif məktəb fənlərinə aid hadisə 
və ya proseslər, cihaz və ya qurğular tapmaq olar. Başqa sözlə desək
ekskursiya obyekti, müxtəlif fənlərdə öyrədilən qanunauyğunluqların 
umumi yığımı ilə səciyyələnir. Ona görə də belə obyektlərə təkcə bir 
fənn müəlliminin təşkil etdiyi ekskursiya 1 o qədər də səmərəli ola 
bilməz. Çünki, bu halda obyektdəki məsələlərin ancaq bir tərəfi 
şagirdlərə aydın olar, qalan cəhətlər isə kölgədə qalar. 
Bu nöqteyi-nəzərdən bir neçə fənn müəlliminin birgə təşkil etdiyi 
ekskursiya daha çox fayda verir və obyekt haqqında şagirdlərdə tam 
təsəvvür yaradır. Obyekt haqqında verilən məlumat eyni zamanda 
fənlər arası əlaqənin də açılması üçün şərait yaradır. 
Əmək və politexnik vərdişləri formalaşmasında da fənlərarası 
əlaqə əvəz edilməz rol oynayır. Şagirdlər əmək vərdişlərinin 
elementlərini bir çox y fənlərin tədrisi zamanı qazanırlar. Müxtəlif 
fənlərin tədrisi prosesində şagirdlərə aşılanan əmək vərdişləri nizama 
salınır. Adətən, müxtəlif praktiki məşğələlərdə əmək tapşırıqları 
tədricən çətinləşdirilir. Məsələn, riyaziyyat dərslərində şagirdlər sa- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin