Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   27   28   29   30   31   32   33   34   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
34 
kil etmək, şagirdlərin təfəkkürünün xarakterini dəyişmək, onlarda yeni 
düşünmə formaları aşılamaq, öyrədilən materialın yaxşı 
mənimsənilməsini və yadda qalmasını təmin etmək olur. Belə 
məsələlərin həllində biofizikanın nailiyyətləri böyük rol oynayır. 
Doğrudur, politexnik təhsil kimi biofizika da ayrıca bir fənn kimi 
məktəb kursuna daxil deyil, lakin təbiət elmlərinin hamısının 
məzmununda biofizika müstəqil bir mövqe tutur. Həmin fənlərin əhatə 
etdiyi elə bir məsələ yoxdur ki, bu və ya başqa bir şəkildə biofizika ilə 
əlaqədar olmasın. Ona görə də biofizika elmi və onun metodları 
təbiət elmlərinin inteqrasiyasını inkişaf etdirən bir vasitə kimi özünü 
göstərir. 
Canlı orqanizmlərdə baş verən prossslər nə qədər mürəkkəb və bir-
biri ilə sıx əlaqədə olsa da, onlar içərisində fiziki proseslərə yaxın və 
ya ona gətirilə bilən proseslər göstərmək mümkündür. Məsələn, qan 
dövranı kimi mürəkkəb bir fizioloji prosesdə maye axını ilə ələqədar 
olan hidrodinamik, iş görülməsi ilə səciyyələnən mexaniki
istilikvermə ilə bağlı termodinamik, sinir impulsunun əmələ gəlməsi 
və yayılmasını təmin edən elektrodinamik və s. proseslər iştirak edir. 
Tənəffüs prosesi fizikanın öyrətdiyi buxarlanma, faza çevrilmələri
istilikvermə və digər hadisələri ilə əlaqədardır. Belə məsələlərdə fizika 
biologiyaya o qədər dərindən nüfuz etmişdir ki, onları bir-birindən 
ayırmaq qəti mümkün deyildir və bu hadisələr xüsusi bir mövqedən
biofiziki səviyyədə öyrənilməlidir. Biofizika canlı orqanizmlərdəki 
fiziki və fiziki-kimyəvi prosesləri öyrənir, hüceyrədən tutmuş bütöv 
orqanizmə qədər bütün canlı obyektlərdəki bioloji prosesləri müşayiət 
edən fiziki hadisələri qeydə alaraq onların təbiətini, iş prinsipini və 
əmələ gəlmə səbəblərini müəyyən edir. 
Qravitasiya, radioaktiv şüalanma, rütubət, təzyiq, temperatur
elektromaqnit dalğaları və digər fiziki təsirlərin həyat proseslərində 
yaratdığı dəyişiklikləri tədqiq edir. Elektron, ion, atom və 
molekulların canlı orqanizmlərdəki hərəkətinin xarakteri cansız 
aləmdəki analoji hərəkətlərdən fərqlənir. Zülallar və nuklein 
turşularında elektron rabitələri olduqca zəif, elektrikkeçirmə 
qabiliyyəti, azacıq temperatur və təzyiq dəyişmələrinə göstərdikləri 
həssaslıq isə yük- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin