Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   14   15   16   17   18   19   20   21   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
21 
gird daha fəal olur, yorulmur, öz biliklərini daha da zənginləşdirməyə 
çalışır. Şagirdin biliyi nə qədər tez yoxlanılsa və qiymətləndirilsə 
onun öyrənməyə göstərdiyi səy də bir o qədər çox olar. Müəllimin öz 
şərhində göstərdiyi həyəcan hissi, emosionallıq, fənnə təbiət 
hadisələrinə münasibət də dərsə olan marağın artmasında xüsusi 
mövqe tutur. 
Müxtəlif canlı orqanizmlərin fizika qanunlarına müvafiq
hərəkətləri, onların həyat və fəaliyyəti, təmin edən fiziki hadisələrin 
gedişi tədris prosesində mövzu ilə əlaqədar şəkildə açıldıqda həm 
dərsin yaxşı mənimsənilməsinə, həm də yadda qalmasına səbəb olur. 
Bioloji ədəbiyyatda çoxdan məlumdur ki, Afrikanın isti 
səhralarında yaşayan xırda gəmiricilər susuz keçinə bilir. Onların 
qidası da, adətən, tərkibində suyu yox dərəcəsində olan maddələrdir. 
Bəs bərk istinin təsiri ilə onların bədənində gedən buxarlanma prosesi 
nə üçün onları məhv etmir? 
Fizikadan məlumdur ki, buxarlanma gedən yerdə həmişə soyuma 
əmələ gəlir. Ona görə də hər bir orqanizm istiyə tab gətirmək üçün 
mütləq tərləməli və bədənində olan suyun bir hissəsini buxarlanma 
yolu ilə itirməlidir. Lakin bu gəmiricilərdə heç tər vəziləri də yoxdur. 
Onlar su itirməmək üçün bərk isti vaxtları öz yuvalarında keçirir, 
keçələr isə, hava soyuduqda fəaliyyətə başlayır. Buxarlanma ilə 
itirdikləri suyu isə orqanizmdə baş verən oksidləşmə prosesləri 
nəticəsində əldə edir. Beləliklə, onların su balansı başqa ərazilərdə 
yaşayan canlılardan heç nə ilə fərqlənmir, yəni itirdikləri qədər də su 
qazanır. Bu cəhətdən dəvənin həyatı daha maraqlıdır. Dəvə həmişə 
çalışır ki, onun bədəninin temperaturu ətraf mühitin temperaturundan 
yüksək olsun. Alimlərin fikrincə Dəvə ətraf mühitə nəzərən öz 
temperaturunu 7 dər.-yə qədər qaldıra bilir. Buna görə də buxarlanma 
yolu ilə su itirmir, istilikkeçirmə yolu ilə enerjisinin bir qismini ətrafa 
verir. Gecələr hava soyuduqda o yenə buxarlanma yolu ilə su itirmir, 
artıq enerjisini istiikkeçirmə və şüalanma ilə ətrafa verir. Bu üsuldan 
Afrikada yaşayan bəzi vəhşi itlər də istifadə edir. Onlar öz ovlarını 
bərk qaçmaqla yox, istiyə tab gətirə bilmək qabiliyyətlərinə görə ələ 
keçirə bilir. Ken- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin