__________________Milli Kitabxana__________________ 45
§ 7. ELMİ-TEXNİKİ İNQİLAB VƏ TƏHSİL PROSESİNDƏ ONUN NƏZƏRƏ ALINMASI Artıq bir neçə ildir ki, orta məktəblərdə bütün fənlər üzrə dərslər
yeni proqram üzrə keçilir. Bu proqramlarda məktəb kursunun əsas
məzmunu xeyli dəyişdirilmiş, nisbətən müasirləşdirilmiş və
təkmilləşdirilmişdir. Xalq təsərrüfatının bütün sahələrində yaranmış
elmi-texniki inqilabda fizikanın rolu ilə şagirdləri yaxından tanış
etmək məsuliyyəti fənn müəlliminin üzərinə düşür.
Elmi-texniki inqilab hələ bəşəriyyət yaranan gündən indiyə qədər
birinci dəfədir ki, baş verir. Elmi-texniki tərəqqi isə bütün tarix boyu
olmuşdur. Biz istilik elektrik stansiyalarının iş prinsipini dəyişmədən
onda müəyyən təkmilləşmələr aparmaqla faydalı iş əmsalını bir qədər
artırırıqsa, bu elmi-texniki tərəqqidir. Əgər bu stansiyanın əvəzində
atom elektrik stansiyası yaradırıqsa, bu elmi-texniki inqilabdır. Çünki
atom yanacağına başqa istehsal sahələrində tələbat yoxdur. Istilik
elektrik stansiyalarında istifadə olunan yanacaq isə ən qiymətli
kimyəvi xammaldır.
Doğrudur, elmdə və texnikada bir-birindən fərqli vaxtlarda, ayrı-
ayrılıqda inqilab olmuşdur. Faradeyin elektromaqnit induksiyası
hadisəsini kəşf etməsi isə sonralar texnikada böyük inqilab yaratdı.
XX əsrin əvvəllərdə nisbillk nəzəriyyəsinin kəşfi də elmdə inqilab
yaratdı, lakin onun bəhrəsi, yüklü hissəciklərin sürətləndlrilməsində
bu prinsipdən istifadə olunması isə xeyli sonra həyata keçirildi.
Sürətləndiricilərin yaranması texniki inqilaba səbəb oldu. Eyni sözü
Kopernikin kəşfi, Mendeleyev cədvəli, kvant mexanikası və s. üçün də
demək olar.
Bütün sahələrdə yaranan elmi-texniki inqilabda fizika həmişə
həlledici rol oynamıldır. Radioastronomiyanın sürətlə inkişafı,
kosmik uçuşlar, atom sənayesi, molekulyar səviyyədə aparılan bioloji
tədqiqat illəri, genetikanın böyük nalliyyətləri, xalq təsərrüfatının
bütün sahələrində baş vermiş dərin çevrilşlər, texnoloji proseslərin
misli görünmə-