__________________Milli Kitabxana__________________ 43
qədər dərindən tədqiq edilərsə, insan üçün bir o qədər əlverişli şərait,
normal vəziyyət yaranar. Lap gündəlik həyatda və məişətdə də insan
özünün Yer şəraitinə uyğunlaşmış zərif bir indikator olduğunu
unutmamalıdır. Mühit bərk isti və ya ifrat soyuq olduqda orqanizm
özünün tənzimedici funksiyaları ilə müdafia olunmağa çalışır. Qan
damarlarının daralması və ya genəlməsi daimi olaraq dərinin qanla
təchiz edilməsini və orqanizmin istilikkeçirməsini nizama salır. Soyuq
hiss etdikdə bədən titrəyir, maddələr mübadiləsi güclənir və ayrılan
istilik miqdarı artır. Bərk isti olduqda tər vəziləri fəaliyyət göstərir.
Bədən səthində gedən buxarlanma hesabına soyuyur. Lakin təəssüf ki,
təbiətdə baş verən həqiqi proseslər bu qədər də sadə deyil. Dəridəki
nəmlik buxarlanırsa bu molekulların bir qismi paltarda toplanaraq
istilik balansına mənfi təsir göstərir. Orqanizmin əhatəsində su
buxarının təzyiqi çox böyük olduqda, su diffuziya yolu ilə dəridən
keçərək yenidən orqanizmə daxil ola bilər. Insanın dərisi tərlədikdə
suyun dəri vasitəsilə diffuziyası hər iki istiqamətdə baş verə bilər. Su
molekullarının hərəkətinin hansı istiqamətdə üstünlük təşkil etməsi
dəri üzərində yığılan duzların konsentrasiyasından asılıdır. Dəri təmiz
su ilə örtülmüşdürsə onda orqanizmin hər kvadrat metr səthi saatda 50
q qədər su qəbul edir; dəridə xörək duzunun 20 %-li məhlulu olduqda,
başqa şərtlər dəyişmədikdə orqanizm 200 q su ayırır. Dərini örtən
duzların konsentrasiyası 5% - dən çox olmadıqda da tər dəri ilə
orqanizmə daxil ola bilər.
Bu vəziyyət, don vurmaqdan qorunmaq məqsədi ilə geyilən
corabın fiziki xassələrinin dəyişməsinin qarşısını alır. Ayaq tərləsə də
bu yenidən orqanizmə qayıdır, o quru qalır və corabın istiliyi izoletmə
xassələri dəyişmir. Nəm havada tərlədikdə də buna oxşar hadisə baş
verir. Dəridə toplanan tərdə duzların konsentrasiyası əhəmiyyətsiz
dərəcədə az olduqda həmin tər dəridən keçərək diffuziya yolu ilə
orqanizmə daxil olur. Güclü buxarlanma şəraiti yaradan quru hava və
külək olduqda isə dəridəki tərdə duzların kopsentrasiyası artır və bu
halda torləməklə itən suyun üzərinə diffuziya ilə itən su da əlavə
olunur. Bu cür əlavə itki qızmar istidə, səhra şəraitində müşahidə