Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   32   33   34   35   36   37   38   39   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
39 
və yarada bilər. Bu cür mühakimələr zəminində həyata keçirilən 
inteqrasiyada biofiziki yanaşma bir vasitə rolunu oynayır və təbiət 
elmlərinin əlaqəli öyrənilməsi üçün şərait yaradır. Bu baxımdan 
Günəş-Yer hadisələri ilə də şagirdlərin yeri gəldikcə tanış olması çox 
maraqlıdır. 
Bizim eradan əvvəl III əsrdə yaşamış Roma yazıçısı Katon 
müşahidə etmişdi ki, Günəş «qaşqabaqlı» olduqda həmin ildə 
buğdanın qiyməti ucuz olur. XVII əsrdə Q. Qalileyin dostu Baliani 
yazmışdı ki, Günəşdəki ləkələr Yerə soyuducu təsir göstərir. Bu isə öz 
növbəsində bitkilərin həyat və fəaliyyətini müəyyən dərəcədə 
dəyişdirir. Uran planetini kəşf etməklə şöhrət qazanmış məşhur ingilis 
astronomu Vilyam Harşel, iki yüz il müddətində Günəşdəki ləkələrin 
artıb-azalması ilə buğdanın bazar qiyməti arasındakı əlaqəyə aid 
ədədləri toplamış və qərara gəlmişdir ki, ləkələr artdıqca buğda ucuz 
olur. Günəşdəki ləkələrin sayını balıqların çoxalması ilə, çaxırın 
qiymətini düşüb-qalxması ilə və digər hadisələrlə də əlaqələndirənlər 
olmuşdur. Lakin müşahidələr nəticəsində toplanan bu faktlar elmi 
cəhətdən əsaslandırılmamış və onların sirri uzun müddət açılmamışdır. 
Bu sahədə ilk dəfə dərin tədqiqat işi aparan sovet alimi A.L.Çijevski 
olmuşdur. Çijevskinin Fransada nəşr etdirdiyi «Günəş 
püskürmələrinin Yerdəki əks-sədası» adlı kitabında Günəşdə dövri 
olaraq təkrar olunan şiddətli fəallıqla Yerdəki yoluxucu xəstəliklərin 
şiddətlə çoxalması arasında sıx əlaqə olduğunu astronomik tədqiqatlar 
və xəstəlik tarixinə aid sənədlər əsasında konkret faktlarla sübut 
etmişdir. O, topladığı faktlara görə kəmiricilərin artıb-azalması, kənd 
təsərrüfatı məhsullarınıp bol və ya qıt olması, köçəri həyat sürən 
quşların öz səmtlərini itirərək kütləvi şəkildə tələf olması və bir sıra 
başqa hadisələr müəyyən maksimum və minimumdan keçirlər, sanki 
Günəşdə baş verən dəyişmələri duyurlar. Bu əlaqədə insanlar da 
kənarda qalmır. Vəba, qarın yatalağı, poliomielit, qrip, vərəm və digər 
xəstəliklər tarix boyu gah şiddətlənərək insanları həddindən artıq 
narahat etmiş, gah da müəyyən dövrdə xeyli azalmışdır. Statistikaya 
görə bu xəstəlikləri törədən mikrobların bəziləri Günəşin fəallığı 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin