Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   30   31   32   33   34   35   36   37   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
37 
ildırım adamı tarlada yaxalamışdırsa, o dərhal metal şeylərdən 
uzaqlaşmalı, özünə nəm olmayan çökək yer axtarmalıdır. hər hansı bir 
təpənin yoxuş yerində daldalanmaq da təhlükəsizlik cəhətdən 
əlverişlidir. İldırım çaxan zaman ot tayasında gizlənmək olduqca 
qorxuludur. Xüsusilə ildırım çaxan zaman ağaca söykənən adam açıq-
aşkar ölümə gedir. Çünki elektrik cərəyanı bu halda onun bədənindən 
keçərək yerə axar və bütün sinir sistemini, ürək toxumalarını, tənəffüs 
orqanını zədələyər. Bunlardan əlavə, bədəndən axan güclü elektrik 
cərəyanı ayrılan Coul-Lens istiliyi ilə onu tamam yandırıb külə 
döndərə də bilər. Torpaq yaş olduqda iri ağaclardan 10—15 m aralı 
məsafədə olan yerlərdə də təhlükə gözlənilə bilər. Meşədə açıqlıq 
yerlər ildırımdan qorunmaq üçün ən təhlükəsiz hesab olunur. İldırım 
çaxana qədər meşədən çıxa bilməyən adam belə açıq yerlərdə 
daldalana bilər. Lakin bu halda ağaclıqdan olan məsafənin 10—15 m-
dən az olmamasına rəyaət etmək lazımdır. Bəzi hallarda ildırım 
binanın içərisində olan adamlara, töylədəki heyvanlara da ziyan vura 
bilər. Kürəşəkilli ildjrım yelçəkən istiqamətdə, məsələn, qapı və 
pəncərə açıq qaldıqda asanlıqla otağa və ya mal-qara saxlanan yerə 
daxil olur. Belə ildırım əşyaları zədələyir, insan və heyvanları öldürür 
və ya ağır yaralayır. Ildırım vuran adamı torpağa basdırmaq olmaz. 
Çünki ziyan çəkən şəxsin tənəffüs rejimi bu halda daha da çox 
pozulur. Ona görə də belə şəxsin dərhal sinəsini açmaq, ona bol hava 
gəlməsi üçün şərait yaratmaq, süni tənəffüs vermək lazımdır. 
Tədris proqramlarına rəsmi və müəyyən mənada formal yanaşmış 
olsaq, bizim yuxarıda nəzərdən keçirdiyimiz məsələ heç bir təbiət 
fənninin «ərazisinə» daxil olmadığını görərik. Lakin bu heç də o 
demək deyildir ki, həmin məsələlərdən dərsdə söhbət açmaq olmaz. 
Yeni şəraitdə politexnizm prinsipinin həyata keçirilməsi, müasir dərsə 
verilən tələblər, təlimin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri və s. 
proqram materialının öyrədilməsini əsas götürmək şərti ilə təbiət 
hadisələrini də imkan dairəsində nəzərdən keçirməyin zəruri olmasına 
haqq qazandırırlar. Çünki əks halda şagirdlərin əldə etdikləri
biliklər -«ölü» səviyyəsində qalar və həyatda özünə kiçik bir çı- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin