__________________Milli Kitabxana__________________ 33
lar, metr, ruletka, pərgar və s. ölçmələr aparırlar. Sonra bu bacarıqdan
kənd təsərrüfat əməyi dərslərində istifadə edirlər. Fizika dərslərində
bu ölçmələr daha da dəqiqləşir və mikrometr, ştankenpərgər və s.
kimi yeni alətlərdən istifadə olunur.
Fiziki kəmiyyətlərin ölçülməsilə məşğul olarkən, çalışmaq
lazımdır ki, şagirdlər bir üsulla ölçmə aparmaqla kifayətlənməsinlər.
Məsələn, havanın rütubətini fiziki və kimyəvi üsullarla ölçmək olar.
Fiziki usülla tük hiqrometri, psixrometr, Lambrext hiqrometri kimyəvi
üsulda isə həcmi məlum olan kolbadakı havanı içərisi kalsium-xloridlə
doldurulmuş borudan keçirməklə və bu zaman kalsium-xloridin
çəkisinin dəyişməsini təyin etməklə, yaxud da müəyyən həcmli sulfat
turşusunun udduğu suyun kütləsinə görə hesablanır. Bu üsullardan
hansını həyata keçirmək üçün əlverişli şərait və geniş imkanlar varsa,
onu da əsas götürmək olar.
Fənlərarası əlaqədən istifadə edərək şagirdlərin əmək bacarığı və
vərdişlərini inkişaf etdirməkdə tədris emalatxanalarında və
məktəbyanı təcrübə sahələrində görülən işlər böyük rol oynayır.
Eskizlərin oxunması, texniki çertyojların hazırlanması, müxtəlif
detallar kəsmək, yonmaq, ölçmə işləri aparmaq, cihaz düzəltmək,
layihə hazırlamaq və s. şagirdlərin fizika, riyaziyyat, rəsmxət və digər
dərslərdəki hazırlığından sonra mümkün olur.
Şagirdlər fənn dərnəklərində əyani vasitələr hazırlamaqla yanaşı,
əmək dərslərində aldıqları bacarıq və vərdişləri də inkişaf etdirir və
möhkəmləndirirlər.
Marif sisteminin və peşə hazırlığının daim təmilləşdirilməsi
həmişə öndə olmalıdır. Bu, xüsusilə indi elmi-texniki inqilab
şəraitində çox vacibdir. Bu baxımdan orta məktəb kursunun əsas
hissəsini təşkil edən təbiət elmlərinin tədrisi metodlarının müasir
tələblərə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb kəsb edir.
Biologiya, kimya, astronomiya, coğrafiya kimi təbiət elmlərinin
tədrisini fiziki anlayışlar, ideyalar və qanunların köməyi ilə daha
yüksək səviyyədə təş-