__________________Milli Kitabxana__________________ 30
çıxmağı öyrənirlər, həm də bu prosesləri idarə etmək xassə və
keyfiyyətləri irəlicədən məlum olan yeni proseslər, maddələr almaq
mümkün olduğunu da dərk edirlər. Elmin inkişaf tarixini öyrəndikdə,
bu qanunun əsas xüsusiyyəti olan «köhnənin təzə ilə inkar edilməsinə
baxmayaraq, onun müsbət xassələrinin saxlanması» şagirdlərə yaxşı
aydın olur. Məsələn, işığın elektromaqnit nəzəriyyəsini öyrədərkən,
əvvəlcə şagirdlər Nyutonun korpuskulyar nəzəriyyəsi ilə tanış edilir.
Sonra Maksvelin dalğa nəzəriyyəsi, nəhayət Plankın kvant nəzəriyyəsi
öyrədilir. Kvant nazəriyyəsi işıqda həm dalğa, həm də kvant xassəsi
olduğunu nəzərə alır. Eyni sözü molekulyar kinetik nəzəriyyə, atomun
quruluşu haqqındakı nəzəriyyə və s. üçün də demək olar.
Bu qanuna aid kimyadan da maraqlı misallar göstərmək olar.
Məsələn, işığın təsiri altında hidrogen və xlor birləşərək xlor turşusu
əmələ gətirir, yeni alınan maddə öz xassəsinə görə nə xlor, nə də
hidrogen ionuna oxşamır, lakin hidrogen də, xlor da yeni maddənin
tərkibində qalır. Bu qayda ilə şagirdləri on vacib kateqoriyalarla da
tanış etmək olur. Bunu həyata keçirmək üçün xüsusi vaxta ehtiyac
yoxdur, sistematik olaraq kursu öyrətdikdə həmin məsələlər üzərində
də dayanmaq olar.
Yuxarıda qeyd etdiyimiz tədbirlər sistematik olaraq həyata
keçirilsə və bu işə məktəbin rəhbərliyi ciddi nəzarət etsə şagirdlərdə,
həm dialektikanın qanunlarının ümumi olması təsəvvürü, həm də
onlarda ən zəruri mühakimə növlərindən biri olan dialektik mühakimə
aparmaq vərdişləri aşılanar.
§ 6. FƏNLƏRLRASI ƏLAQƏNİN POLİTEXNİK TƏHSİL VƏ QANUNLARIN TƏTBİQİNİN ŞAGİRDLƏRƏ DƏRK ETDİRİLMƏSİ ÜÇÜN ƏHƏMİYYƏTİ Politexnik təhsilin əsas ideyası şəxsiyyətin hərtərəfli inkişaf
etməsintdə politexnik təhsil böyük rol oynayır.
Təlim prosesində politexnizmi həyata keçirmək ideyasını inkişaf
etdirmiş və bu məqsədlə sənayenin əsaslarını öyrənməyi nəzərdə
tutmuşdur.