__________________Milli Kitabxana__________________ 28
humanitar elmlər arasındakı əlaqəni öyrənmək də xüsusi əhəmiyyət
kəsb edir. Məktəbin bütün kollektivinin işinin effektliliyi, onların
dialektik qanunauyğunluqları nümayiş etdirmək üçün ən səciyyəvi
olan mövzuları vaxtında və düzgün müəyyən etmələrindən
asılıdır.
Şagirdlərdə elmi dünyagörüşünün tərbiyələndirilməsi məsələsi
pedaqoji şuralarda vaxtaşırı müzakirə edilir. Bütün fənn müəllimləri
həmin müzakirələrdə öz fənlərilə əlaqədar olaraq dialektika qanunları
üzrə şagirdlərin təfəkkürünü inkişaf etdirməyə xidmət edən
koordinasiya işi aparmağa cəlb edilərsə, həmin məsələ də arzu edilən
istiqamətdə öz həllini tapar. Bu işin həyata keçirilməsində təbiət
elmlərinin daha çox imkanları olduğunu bir neçə misalla göstərək.
1. Əksliklərin mübarizəsi və vəhdəti.Şagirdləri həmin qanunla
tanış etməzdən əvvəl fizika və başqa fənlərdən çoxlu misallar
göstərmək lazımdır. Məsələn, cəzb olunma-itələmə, hissəcik-
aktihissəcik və s. kimi anlayışlara fizikadan ümumdünya cazibə
qanununu, Kulon qanununu, nüvədəki nuklonların qarşılıqlı təsirini,
elektron-pozitron, neytron-antineytron, proton-antiproton, kimyadan
ion və kovalent əlaqə, müxtəlif işarəli ionların birləşmə yeni maddə
əmələ gətirməsi faktlarını keçərkən toxunmaq olar. Burada xüsusilə
qeyd etmək lazımdır ki, elektron və pozitron kimi iki hissəcik
birləşdikdə iki qamma kvantı alınır, yəni materiya yox olmur, bir
şəkildən başqa şəklə keçir. Bunun kimi də iki müxtəlif işarəli ion
birləşdikdə hər iki ionun xassələrindən tamamilə fərqli xassələri olan
yeni maddə əmələ gəlir. Qeyd etmək lazımdır ki, aralarında ziddiyyət
olmasına baxmayaraq bunların biri o biri olmadan yaşaya bilməz.
Əksliklər mübarizəsi hərəkət və inkişaf mənbəyidir.
2. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi.
Dialektikanın əsas qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi qanununu şagirdlərdə formalaşdırmaq üçün,
fizikadan maddənin bir aqroqat halından başqasına keçməsini,
radioaktivliyi, atom quruluşunu, zəncirvarı reaksiyaları və s;
kimyadan D.İ.Mendeleyevin elementlərin dövri cədvəlini, spirt
molekulunda hidroksil qrupla