Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   18   19   20   21   22   23   24   25   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
25 
məlum anlayışların möhkəmləndirilməsi və yenilərinin verilməsilə 
aparılır ki, bu da şagirdlərdə tədricən dünyagörüşün genişlənməsinə 
səbəb olur. 
Həmin fənn müəllimlərinin başlıca vəzifəsi şagirdləri, dialektika
qanunlarını əzbərləməyə yox, aləmin dialektik metodla tədqiq 
edilməsino onları alışdırmaqdır. 
Dünyanın maddiliyini və tamlığını şagirdlərdə aşılamaq və bu 
anlayışları onlarda inkişaf etdirmək üçün nümunə olaraq, fizika və 
kimyanın hansı mövzularından istifadə etməyin mümkün olduğunu
göstərək.
Hər iki kursda öyrədilən təbiət hadisələri, proseslər və çevrilmələr
onların inkişaf qanunları əsasında dialektik metodla sıx bağlı şəkildə 
aparılır, bu isə şagirdlərdə materiya və onun formaları haqqında 
anlayışların formalaşmasına səbəb olur. Məsələn, materiyanın 
quruluşu haqqında əsas məlumatı şakirdlər fizikadan qazların kinetik 
nəzəriyyəsinin əsaslarını, maye və bərk cisimlərin xassələrini
şüalanma və spektrləri, nüvə enerjisini və s, kimyadan isə D.İ. 
Mendeleyevə görə elementlərin dövri sistemini, maddənin quruluşunu 
və s. öyrəndikdə alırlar. 
(Materiyanın xassələrinin öyrənilməsi dərinliyini tədricən artırmaq 
üçün yaxın fənn müəllimləri arasında funksiya bölgüsü aparmaq və 
buna həmişə riayət etmək şagirdlərdə dialektik-materialist 
dünyagörüşünun formalaşmasında mühüm rol oynayır. VIII sinifdə
mexanika dərslərində şagirdlərin topladığı biliklər əsasında 
materiyanın tərifi, hərəkətsiz materiya və materiyasız hərəkət
olmadığı göstərilir. Materiyanın quruluşu haqqında anlayış VIII 
sinifdə kimya dərslərində «maddənin quruluşu», «D.İ.Mendeleyevə 
görə elementlərin dövri sistemi» kimi mövzular öyrədilərkən inkişaf 
etdirilir. Burada dünyagörüşünün yaranması cəhətdən ən vacib 
mövzular elementlərin xassələrinin elektron qurşlarının 
periodikliyindən asılı olması, kimyəvi əlaqə növləri və maddənin 
quruluşu (atom, ion, moekulyar kristal qəfəsləri), atom nüvələrinin 
tərkibi, izotoplar, süni kimyəvi elementlər mövzularıdır. Elmi 
dünyagörüşünün yaranmasında perio- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin