__________________Milli Kitabxana__________________ 32
limlərinin birgə təşkil etməsi daha məqsədəuyğundur.
Bu cür kompleks ekskursiyalar daha faydalı olur. Xalq
təsərrüfatının müxtəlif sahələrində enerjidən istifadə olunması faktını
əsas tutaraq fizika və kimya müəllimi butün kursun tədrisi üzrə
sistematik əlaqə saxlaya bilir.
Qalvanik elementlərdə, akkumulyatorlarda, istilik elementlərində
alınan, yanma və partlayış proseslərində ayrılan ekerjidən, nüvə
enerjisindən və s. istifadə olunması xalq təsərrüfatının müxtəlif
sahələrində geniş yayılır.
Nəqliyyat, süni peyklər, kosmik raketlər, metalların kəsilməsi,
yonulması, əridilməsi, qaynaq edilməsi və s. enerji sərf edilməsilə
əlaqədardır. Bu nöqteyi nəzərdən müxtəlif istehsalat sahələrinə təşkil
edilmiş ekskursiyalar da politexnik təhsili inkişaf etdirməklə yanaşı,
fənlərarası əlaqənin də dərinləşməsinə kömək edir.
Sənaye və kənd təsərrüfatı obyektlərinə ekskursiayalar şagirdlərin
politexnik təhsilinin ayrılmaz bir hissəsidir.
Hər bir istehsalat obyektində müxtəlif məktəb fənlərinə aid hadisə
və ya proseslər, cihaz və ya qurğular tapmaq olar. Başqa sözlə desək,
ekskursiya obyekti, müxtəlif fənlərdə öyrədilən qanunauyğunluqların
umumi yığımı ilə səciyyələnir. Ona görə də belə obyektlərə təkcə bir
fənn müəlliminin təşkil etdiyi ekskursiya 1 o qədər də səmərəli ola
bilməz. Çünki, bu halda obyektdəki məsələlərin ancaq bir tərəfi
şagirdlərə aydın olar, qalan cəhətlər isə kölgədə qalar.
Bu nöqteyi-nəzərdən bir neçə fənn müəlliminin birgə təşkil etdiyi
ekskursiya daha çox fayda verir və obyekt haqqında şagirdlərdə tam
təsəvvür yaradır. Obyekt haqqında verilən məlumat eyni zamanda
fənlər arası əlaqənin də açılması üçün şərait yaradır.
Əmək və politexnik vərdişləri formalaşmasında da fənlərarası
əlaqə əvəz edilməz rol oynayır. Şagirdlər əmək vərdişlərinin
elementlərini bir çox y fənlərin tədrisi zamanı qazanırlar. Müxtəlif
fənlərin tədrisi prosesində şagirdlərə aşılanan əmək vərdişləri nizama
salınır. Adətən, müxtəlif praktiki məşğələlərdə əmək tapşırıqları
tədricən çətinləşdirilir. Məsələn, riyaziyyat dərslərində şagirdlər sa-