__________________Milli Kitabxana__________________ 54
vaxt bir-birindən təcrid edilməmişdir. Çünki canlı və cansız təbiət
haqqında elm yeganədir. Son zamanlar məktəb kursunu təşkil edən
təbiət elmlərinin demək olar ki, hamısının məzmununda biofizika
elmi xususilə mövqe tutmağau müvəffəq olmuşdur. Bu elmin
nailiyyətləri təbiət elmlərinin yeni mərhələdəki inkişafını
səciyyələndirir. Bunu nəzərə alaraq təbiət elmlərinin əlaqəli şəkildə
öyrənilməsinin müvəffəqiyətlə həyata keçirilməsi üçun biofizikanın
nailiyyətlərindən istifadə etmək vacibdir.
Biofizika elmindən indi molekulyar səviyyədə tədqiqat aparan bir
sıra yeni elm sahələri ayrılmışdı
Əlbəttə, bunların hamısını orta məktəb kursuna daxil etmək
mümkün deyil və buna ehtiyac da yoxdur. Lakin fizika, kimya və
biologiya fənlərinin tədrisinə verilən saatları ixtisar etmədən və
onların proqramında heç bir dəyişiklik aparmadan adekvat və bir-
birini tamamlayan mövzuların tədrisinə biofizikanın bəzi
elementlərini daxil etmək mümkündür. Bu bir tərəfdən həmin
fənlərin tədrisini müasirləşdirər, elmin son nailiyyətləri ilə
ayaqlaşmağa məcbur edər, tədrisin keyfiyyətini artırar, onu daha
maraqlı şəklə salar, fənlərarası əlaqəni inkişaf etdirər, digər tərəfdən
də şagirdlərin umumi dunyagörüşü artar, elmlər haqqında onlarda
tam təsəvvür yaranar və gələcəkdə düzgün ixtisas seçməkdə onlara
yaxından kömək göstərər.
Biofiziki təhsil elementlərinin kimya-biologiya təmayüllü
məktəblərdə keçilməsi daha vacibdir. Həmin məktəblərdə fizikanın
özünün tədrisini biofiziki təmayüldə aparmaq uçün imkanlar orta
təhsil məktəblərinə nisbətən daha çoxdur. Kimya-biologiya təmayüllü
5 №-li respublika internat məktəbinin fizika müəllimləri bu
imkanlardan müvəffəqiyyətlə istifadə edirlər. Onlar kimya və
biologiya müəllimləri ilə sıx əlaqə saxlayır və hər bir mövzunun
tədrisini canlı orqanizmlərdə baş verən kimyəvi-bioloji proseslərlə
əlaqələndirirlər. Məktəbdə müasir avadanlıqla təchiz edilmiş və
avtomatlaşdırılmış iki fizika kabineti vardır. Fizika dərsləri
müntəzəm olaraq nümayiş təcrübələri ilə və öz vaxtında
laboratoriya işlərinin yerinə yetirilməsi ilə aparılır. Şagirdlərin
biliklərini yoxlamağa sərf olunan vaxta qənaət