__________________Milli Kitabxana__________________ 55
etmək məqsədilə müəllimlər sorğunu «oqonyok» cihazı ilə də
aparırlar. Məktəbdə kimya və biologiya dərsləri daha yüksək
səviyyədə keçir. Burada olduqca zəngin kimya və biologiya
kabinetləri, xüsusi canlı guşə vardır. Bütün bunlar məktəbin kollektiv
əməyinin nəticəsindəyaranmışdır.
Şagirdlərə biofiziki təhsilin verilməsində bu məktəbin işi,
həqiqətən, təqdirəlayiqdir. Təsadüfi deyil ki, həmin məktəbi qurtaran
şagirdlər müvəffəqiyyətlə Azərbaycan Tibb İnstitutuna, universitetin
biologiya və kimya fakültələrinə daxil ola bilirlər.
Fizika dərslərində müxtəlif tarixi epizodlardan söhbət açmaqla da
şagirdlərin diqqətini biofiziki məsələyə yönəltmək olar. Məsələn,
hazırda dünyanın hər yerində Bernar cərəyanından miqren, nevralgiya
və bir-sıra başqa xəstəliyə tutulmuş adamların müalicəsində istifadə
olunur. Fransız alimi Bernarın tibb fizikası laboratoriyasında xidmət
edən işçilərdən biri öz bədənində sabit cərəyan verən aparatın təsirini
yoxlayarkən, o, cərəyan keçən yerdə əvvəllər xoşa gəlməyən
qıcıqlanma hiss etdiyi halda, indi həmin yerdə müsbət təsir bağışlayan
titrəyiş hiss edir. Bunun səbəbini öyrənmək üçün cihazın elektrik
dövrəsini diqqətlə nəzərdən keçirirlər və məlum olur ki, pis
lehimləndiyi üçün elektrik süzgəcinin kondensatoru dövrədən kənarda
qalmışdır. Ona görə də generator sabit cərəyan əvəzinə, qiyməti
periodik olaraq artıb-azalan dalğaşəkilli cərəyan verirmiş. Belə
cərəyanın isə ağrını kəsmək və xəstəni sakitləşdirmək xassəsi varmış.
Həmin vaxtdan başlayaraq alçaq tezlikli düzləndirilmiş sinusoidal
cərəyandan təbabətdə geniş istifadə olunur.
Elmə çoxdan məlumdur ki, maqnit və elektrik sahələri insanlara,
heyvanlara və bitkilərə müəyyən təsir göstərir.
Bu təsirin fiziki tərəfini təxminən belə izah etmək olar. Hüceyrə
daxilindəki dipolaoxşar su molekulları xarici maqnit və ya elektrik
sahəsinin təsiri ilə öz vəziyyətlərini dəyişir ki, bu da oradakı kimyəvi
reaksiyaların gedişinə, nəhayət, toxumaların bioloji halının
dəyişməsinə, nəticədə isə sinir sisteminə öz təsirini göstərir.