__________________Milli Kitabxana__________________ 57
qüvvələrin bir qismi ilə məşğul olduğu kimi, biologiya da fizikaya
məxsus bəzi enerji və qüvvələri, kimyaya məxsus maddələr və
reaksiya növlərini əhatə edir. Proqram və dərsliklərdə aparılan ciddi
dəyişikliklər orta təhsilii elmi səviyyəsini xeyli yüksəltmiş və onun
məzmununu müasir elmi-texniki tərəqqinin tələblərinə uyğun şəkildə
təkmilləşdirmişdir. Buna baxmayaraq təlimin səmərə və keyfiyyəti
qənaətbəxşdir. Şagirdlər həyat üçün zəruri olan bir sıra təbiət
hadisələri və qanunlarını izah etməkdə çətinlik çəkirlər. Aldıqları
bilikləri yeni şəraitdə və yeni məqsədlər üçün istifadə etməyi
bacarmırlar. Belə bir vəziyyətdə akademik L.A.Artsimoviçin dahiyanə
sözləri «Şagird qab deyil ki, onu biliklə doldurasan, o elə məşəldir ki,
onu gərək alovlandırasan. Təəssüf ki, indi qablar böyük inadkarlıqla
biliklərlə doldurulur, lakin məşəllərin işığı olduqca zəifdir».
Bakı şəhərindəki bir neçə orta məktəbdə fizika dərslərini aparan
müəllimlərdən şagirdlərin biliklərini qiymətləndirərkən onlara
verdikləri sualların mətnini topladıq. Həmin sualların təhlili göstərdi
ki, doğrudan da məktəblərimizdə böyük dönüş var. Şagirdlərin
bilikləri müasir məsələləri tamamilə əhatə edir. Lakin sualların 92%-i
mühakimə tələb etməyən, yaddaşın köməyinə arxalanan suallardır.
Ona görə də bu cəhətdən şagirdlərin biliyini qənaətbəxş hesab
etmək olmaz.
Biz elmi-texniki inqilab dövründə yaşayırıq. Belə bir dövrdə
dialektikanın ən zəruri elementlərindən biri olan «forma ilə məzmun
arasındakı mübarizə» özünü daha qabarıq şəkildə göstərir. Tədris
prosesində bu mübarizə şagirdlərin təfəkkürü ilə dərsliyin yeni
məzmunu arasında gedir. Dərsliyə daxil edilən yeni məsələlər onların
tafəkkür dairəsindən kənara çıxır. Dərsliyin yeni məzmunu ilə adekvat
olan, öz üslubuna, məzmununa və xarakterinə görə əvvəlkindən
fərqlənən yeni düşünmə formasına, yeni təfəkkürə ehtiyac hiss olunur.
Şagirdlərdə belə keyfiyyətləri olan yeni təfəkkürün formalaşması
onların dərketmə qabiliyyətini artırır, fakt və hadisələrə düzgün
qiymət ver-